Rustavi 2-nin eksitpoluna əsasən, Tbilisidə mer seçkilərində Kaladze qalib gəlib

cesko

Rustavi-2 kanalının sifarişi ilə Amerika şirkəti “Edison Research” tərəfindən keçirilən eqzitpolun nəticələrinə görə, Tbilisi meri seçkilərində Kaxa Kaladze qələbə qazanıb. Hal-hazırda (saat 20:00-da) saat 18:00-a olan məlumatlar aydın olub.
Eqzitpolun nəticələrinə görə, Gürcü Arzusunun namizədi Kaxa Kaladze səslərin 54%-ni toplayıb. VMH-ın namizədi Zaal Udumaşvili – 15%, müstəqil namizəd Aleko Elisaşvili – 14%, Avropalı Gürcüstanın namizədi Elene Xoştariya – 7%, Demokratik hərəkat-Azad Gürcüstanın namizədi Kaxa Kukava – 3%, Vətənpərvərlər alyansının namizədi İrma İnaşvili – 3%, Yeni Gürcüstanın namizədi Qiorqi Vaşadze -2%, Leyboristlər partiyasının namizədi Qiorqi Quqava -1% səs toplayıb.
Eqzitpolun nəticələrinə görə partiyaların nəticələri isə aşağıdakı kimidir:
Gürcü Arzusu – Demokratik Gürcüstan – 58%
Vahid Milli Hərəkat – 16%
Bakradze, Uqulava – Avropalı Gürcüstan – 9%
Vətənpərvərlər alyansı – 5%
“Edison Research” bu gün Tbilisidə və Kutaisidə Rustavi 2 kanalının sifarişi ilə eqzitpol keçirirdi. Eqzitpolun səhv ehtimalı +/- 2.5%-dir.
“Edison Research” Rustavi 2 kanalının sifarişi ilə 2010 və 2012-ci illərdəki seçkilərdə də eqzitpol keçirmişdi.
2010-cu ildə “Edison Research” eqzitpolu “İmedi” və “Rustavi 2” telekanallarının sifarişi ilə keçşirmişdi. Rəyi soruşulan 12 951 nəfərdən 51%-i cavab verməkdən imtina etmişdi. Cavabdan imtina edilməsinə görə “Edison Research”-a görə, səhv ehtimalı +/- 2% olmalı idi.

Mənbə: netgazeti.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register