İlk nəticələrə görə Temur Abazov səslərin 70,8%-ni qazanıb
MSK-nın ilkin nəticələrinə əsasən Marneulidə “Gürcü Arzusunun” merliyə namizədi Temur Abazov 70,8%-lə liderlik edir. Onu 14 186 seçici dəstəkləyib.
İkinci yerə “Avropalı Gürcüstan” partiyasının merliyə namizədi, Əhməd İmamquliyev 16,89% səslə çıxıb. İmamquliyevin seçicilərinin sayı 3 384-dür.
“Vahid Milli Hərəkat”ın namizədi Rəhim Əsgərovu seçicilərin 6,47% dəstəkləyib.
“Davit Tarxan-Mouravi, İrma İnaşvili – Gürcüstan Vətənpərvərlər Alyansı”nın Marneulidən merliyə namizədi, Zviad Şubitidzeni seçicilərin 2,43% dəstəkləyib.
“Qiorqi Vaşadze – birgə yeni Gürcüstan”ın namizədi İmdad Şərifov 1,7% səs toplayıb.
“Dimitri Lortkipanidze, Kaxa Quqava – Demokratik Hərəkat – Azad Gürcüstan”ın namizədi Vepxia Qurqenidze 1,02% səs toplayıb.
Merliyə namizıdlər arasında ən az səs qadın namizədlər, “Quruculuq Hərəkatı”nın merliyə namizədi Leyla Məmmədova və “Gürcüstan” partiyasının namizədi Liana Mestvirişvili-Bejanişvili qazanıb.
Leyla Məmmədova 0,57%, Liana Mestvirişvili-Bejanişvili isə 0,13% səs toplayıb.
Xatırladaq ki, Marneulidə cəmi 89 seçki məntəqəsi açılmışdı, ilkin göstəricilər isə 52 məntəqəyə əsasən hesablanıb.
marneulifm1106 Posts
0 Comments