Marneuli bələdiyyəsinə 3 partiya daxil oldu

partiya

2017-ci il yerli özünüidarə seçkiləri başa çatdı və nəticələrə əsasən Marneulinin yeni meri Temur Abazov oldu. Bələdiyyə məclisinin tərkibi isə 3 partiyadan seçilmiş deputatlardan təşkil olundu. Bələdiyyə məclisində proporsional siyahı ilə “Gürcü Arzusu” partiyasından 11, “Avropalı Gürcüstan” Partiyasından 3, “Vahid Milli Hərəkat” Partiyasından isə bir deputat da seçildi.

“Gürcü Arzusu” Partiyasının proporsional siyahı üzrə 1-ci namizədi Amiran Qiorqadze radiomuza müsahibəsi zamanı seçkiləri müsbət dəyərləndirdiyini bildirdi.

Amiran Qiorqadzedən fərqli olaraq, Avropalı Gürcüstan Partiyasını proporsional siyahı üzrə bir nömrəli namizədi Əhməd İmamquliyev seçkiləri mənfi dəyərləndirdi və seçicilərə təzyiq göstərildiyini bildirdi.

2007-ci il yerli özünüidarə seçkilərində Vahid Milli Hərəkat Partiyasının proporsional siyahı üzrə bir nömrəli namizədi Rəhim Əsgərov seçkilərin demokratik şəraitdə keçirilmədiyini bildirdi.

Marneuli bələdiyyə məclisinə ümumilikdə 35 deputat seçilir, bunlardan 20-i majoritar qaydada 15-i isə proporsional qaydada seçilmiş deputatlardır.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register