Seçkilərin ilkin nəticələri elan olundu

secki

Gürcüstanda 21 oktyabr tarixində yerli özünüidarəetmə seçkiləri keçirildi. Seçkilərdə hakim partiya “Gürcü Arzusu” qələbə qazandı. Seçkilərdə 3 bulletendən istifadə edildi. Bunla mer, proposional və majoritar deputatları seçmək üçün istifadə edilən bülletenlər idi.

Birinci bülletendən əhali mer seçmək üçün istifadə etdilər. MSK ilkin nəticilərinə görə Marneulidə hakim partiyadan Temur Abazov qalib gəldi. O, Səslərin 69.9 faizini toplayaraq Marneuli meri seçildi. İkinci sıranı “Avropalı Gürcüstan” partiyasından namizəd Əhməd İmamquluyev yeri tutdu. O,seçicilərin 19.19 faizinin səsini topladı. Üçüncü sırada isə “VMH” partiyasından mer vəzifəsi uğrunda mübarizə aparan Rəhim Əsgərov oldu. O, isə seçicilərin cəmi 6.46 faizinin səsini qazana bildi.

İkinci bülleten isə majoritar namizədlərin seçim bülleteni idi.  Burada isə “Gürcü Arzusu” pariyasından 20 nəfər deputat mandatı qazandı.

Üçüncü bülleten isə proposional qaydada seçim idi. Burda isə 15 mandatan 11 nəfərini Hakim partiya olan “Gürcü Arzusu qazandı, 3 deputat “Avropalı Gürcüstan və 1 deputat isə “VMH” partiyasından seçildi.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register