Şikayətlərin çoxluğu seçki rəsmilərinin bilik səviyyəsinin aşağı olması ilə əlaqədardır

67 ubani

21 oktyabrda marneuli xüsusi maraq altında idi. Keçən ilin Parlament seçkilərində səs-küylü Qızılhacılının 48-ci məntəqəsini və daşların atılmasını yəqin xatırlayırsız.

Bu il yerli özünüidarəetmə seçkiləri, əgər seçkilərə qədər 33 gün qalmış idarəçi komandanın özündə olan dəyişiklikləri nəzərə almasaq dövrü ekseslərdən kənar keçirdi. Onun Marneuli sakinləri üçün merliyə namizədliyinin təqdim olunmasını dəfələrlə təsdiqləyən yerli Amiran Qiorqadzeni naməlum Temur Abazov əvəz etdi… Marneulidə calışdılar ki, buna etiraz etsinlər, mərkəzi ofisdə bayraqlar yellədilər, amma danışıqlar nəticəsində fikirləri dəyişdi ya da dəyişdirildi…

Marneuli, seçkilərdən iki gün əvvəl media və beynəlxalq və yerli təşkilatların marağına səbəb oldu. 19 oktyabrda “Gürcü Arzusu”nun Qızılhaclı qərargahının qarşısında, axşam saat 11-də bu günə qədər məlum olmayan şəxslər odlu silahla 5 nəfəri yaraladılar. Onlar arasında majoritarlığa namizəd Ceyhun Çovdarov da var idi. O, seçkilərdə səs çoxluğu ilə qalib gəldi, amma həkimlər onun durumunu yenə də ağır adlandırırlar. O, altıncı gündür ki, yenə sünii nəfəs aparatındadır.

MSK-nın sədri Tamar Jvania seçkilərin keçirilməsini müsbət dəyərlərndirir. Marneulidə seçkiləri dörd yerli müşahidəçi qrupu müşahidə edirdi. “Tolerantlıq və Rəngaərnglik İnstitutu” mobil qrupla Marneulidə çalışırdı. Təşkilatın hüquqşünası Şota Tutberidze pozuntulardan danışır:

Şota Tutberidzenin sözlərinə görə, komissiyanın üzvlərinin kvalifikasiyası məsələsi dururmuş, komissiya üzvləri seçki haqqında qanunvericiliyi bilmirlər. Bu onda əks olunurdu ki, yerli müşahidəçilərdən şikayət qəbul etmirdilər. “Bir çox administrativ xarakterli şikayət bu günə qədər yazılır” deyir Ədalətli Seçkilərin regional koordintoru Lia Noğaşvili və hesab edir ki, komissiya üzvlərinin hazırlıqsız olmasına, prosedurları bilməməsinə görə seçicinin səsi itə və ya batil hesab oluna bilər.

Lia Noğaşvilinin sözlərinə görə, seçki məmurlarının hazırlanmasına görə cavabdehlik daşımalı olan təşkilat indi onların aşağı kvalifikasiya səviyyəsinə görə məsiliyyət daşımalıdır.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register