Ceyhun Çovdarovun vəziyyəti yaxşılaşıb

chovdarovi

Radio “Marneuli”yə məlum olub ki, Qızılhacılının majoritarı, Ceyhun Çovdarovun sağlamlıq durumu yaxşılaşıb. Bu haqda məlumatı “Geo Hospitals”ın klinika direktoru Tatyana Şengelia bildirir.

Ceyhun Çovdarov Marneulinin “Geo Hospitals” klinikasında sünii nəfəs aparatında idi, o, qarın nahiyəsinə dəyən odlu silahdan açılan atəş nəticəsində yaralanıb.

19 oktyabrda, seçkilərdən bir gün əvvəl, Marneuli Bələdiyyəsinin Qızılhacılı kəndində “Gürcü Arzusu”nun qərargahına naməlum şəxslər hücum ediblər və atəş açıblar. Nəticədə, beş nəfər yaralanıb.

Qızılhacılının majoritarı Ceyhun Çovdarovla birgə xəstəxanada onun qaynatası Azad Çobanov və “Gürcü Arzusu”nun aktivisti Vüqar Bayramov, Elmar Hüseynov və Anar Məmişov da yerləşdirilibmiş.

Baş verən faktla əlaqədar Daxili İşlər Nazirliyində CM-nin 117-ci maddəsi ilə istintaq başlayıb. Maddə qəsdən sağlamlığa ağır zərər vurmanı nəzərdə tutur.

MSK-nın ilkin göstəricilərinə əsasən “Gürcü Arzusu Demokratik Gürcüstan”ın majoritarlıq namizədi Ceyhun Çovdarov 78,34% səs toplayıb, bu isə 967 seçiciyə bərabərdir.

Radio “Marneuli”

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register