“1+4 proqramı haqqında bir çox məktəblərdə şagirdlərin məlumatı yoxdur” – Ceyhun Muhammədəli

JEIXUN

Sapari təşkilatının təşkilatçılığı ilə Gürcüstanın prezident fondunun və BMT-nın maliyyə dəstəyi ilə həyata keçirilən”Erkən evliliyə erkən yox deyək” adlı layihə həyata keçirilib. Layihə milli azlıqların sıx məskunlaşdığı bölgələrdə və əsasən də kənd məktəblərində həyata keçirilirdi. Görüşdə erkən nikahın zərəri və təhsilin vacibliyi haqqında təlim iştirakçılarına məlumat verilirdi. Təlimçilər ali təhsil ocaqlarında təhsil alan 20 nəfər gənc Azərbaycanlı tələbədən ibarət idi. Layihə 90 məktəbdə həyata keçirildi.

Layihə çərçivəsində 9 məktəbdə təlim keçən Ceyhun Muhammədəli bildirdi ki, erkən evliliyin əsas problem təhsil səviyyəsinin aşağı olmasıdır.

O, onu da əlavə etdi ki, məktəb şagirdlərinin orta məktəbi bitirdikdən sora onların üçün alternativ yol açılmırsa və onlar təhsili davam etdirə bimirlərsə, sonda onların seçmi erkən evliliyə gedir. Kəndlərdə əyləncə mərkəzləri, idman meydançaları və s. yoxdur. Bu da qızlar üçün problemdir. Çıxış yolunu isə Ceyhun onda görür ki, təhsil naziri təhsilin kefiyyətinin artırılması üçün bunun üzərində işləməlidir.

Xatırladaq ki, təlimlərdə yuxarı sinif şagirdəri iştirak edirdilər. Onlar əsasən 7, 8, 9, 10, 11 və 12-ci sinif şagirdləri idi. Təlimlər Azərbaycan dilində keçirilirdi.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register