Yeni merin gələcək üçün planları və icra hakimiyyətinə daxil olan kimi daha ətraflı müəyyənləşmə – Temur Abazovla müsahibə

TEMUR ABAZOVI

Marneulilərə təxminən bir ay əvvəl məlum oldu ki, Marneuli merliyi üçün Amiran Qiorqadzenin əvəzinə başqa namizəd, Temur Abazov mübarizə aparacaqdı. Marneulidə onu heç kim tanımırdı, yerli özünüidarəetmə seçkilərindən bir ay əvvəl əhaliyə onu tanımaq imkanı verildi. O, marneulilərin etibarını təqribən bir aya qazana bildi və səslərin 69.9%ni qazandı.

Radio Marneuli bir neçə dəfə onunla geniş müsahibə yazmağa cəhd göstərdi, ancaq özününü də dediyinə görə vaxt çatışmamazlığı səbəbindən bizimlə söhbət edə bilmirdi. Bugün isə mer vəzifəsində ilk dəfə bizə imkan yarandı ki, telefon müsahibsəi yazaq. O, gələcək planlarından danışdı.

“Salam cənab Temur, ilk növbədə sizi qələbə münasibətilə təbrik edirik. Siz bir ay ərzində xalqın etimadını qazandınız və indi isə ümumiyyətlə gələcək planlarınız barədə danışmaq istərdik. Gələcək üçün hansı planlarınız var?”

“Kənd təsərrüfatının inkişafı istiqamətində fəal çalaışmağı planlaşdırıram, həmçinin ən yaxşı sərmayələrin cəlb olunması üçün şərait yaratmaq istəyirəm. Öz səlahiyyətlərim çərçivəsində əlaqələr yaratmaq, donor təşkilatlar cəlb etmək istəyirəm. Bundan başqa turizmin inkişafına dəstək olacağıq. İnfrastruktur layihələr belə yüksək tempdə davam edəcək. İçməli və suvarma suyu problemini həll edəcəyəm. Məktəbəqədər təhsil inkişaf etsin və hər kəs üçün əlçatan olsun. Bələdiyyənin müxtəlif kateqoriyalara istiqamətlənmiş sosial proqramları davam edəcək. Mənim tərəfimdən xüsusi ehtiyac içində yaşayan şəxslərə sosial yardım olacaq. Yerli büdcədə yeni layihələr və müxtəlif tədbirlərin keçirilməsi üçün məbləğ müəyyən olunacaq. Həmçinin gənclər üçün düşərgələr yaradılacaq. Şəffaf şəkildə çalışacağam, hər kəs üçün qapım açıq olacaq, Marneulinin xidmətində olacağam”.

“Bir sıra problem və mühüm məsələləri sadaladınız. Bütün punları həyata keçirmək üçün hər hansı bir plan işləyib hazırlamısınızmı”?

“Sadaladığım bu məsələlər planlaşdırdığım işlərdir, daha ətraflı işə çıxdıqdan sonra komanda ilə birgə qərar verəcəyik”.

“Bələdiyyədə hansısa kadr dəyişikliyi planlaşdırılırmı”?

“Kadr dəyişikliyinə gəlincə, açığını deyim ki, hələ heç kəsi tanımıram, bələdiyyəyə daxil olmamışam, buna cavab verməkdə çətinlik çəkirəm. Ancaq onu deyə bilərəm ki, əgər işçi öz işini pilirsə, peşəkardırsa, hansısa nöqsanı yoxdursa, adi qaydada işinə davam edəcək”.

“Bildiyimiz qədər 25 noyabra qədər icra hakimiyyəti bələdiyyə məclisinə yeni tərkibini, prioritetlərin müəyyən olunduğu büdcə layihəsini təqdim etməlidir. Siz bu prioritetlərə hansısa əlavələr etməyi planlaşdırırsınızmı? Çünki siz bir ay ərzində əhali ilə fəal şəkildə görüşürdünüz və bu müddətdə hansısa daha önəmli bir məsələ aşkar olundumu ki, onu büdcəyə əlavə edəsiniz”?

“Hələlik bələdiyyənin işinə qarışmıram, müvafiq olaraq bələdiyyədə bu gün hansı qərar qəbul olunubsa o da təqdim olunacaq. Lakin mən əhali ilə görüşüm zamanı tərəfdarlarımıza bələdiyyəni görəcəyi işlər barədə vədlər verirdim”.

Temur Abazov dedi ki, onun şəffaf işi mətbuatla şəffaf işləmək dedikdə mətbuatla fəal əməkdaşlığı nəzərdə tutur və “Marneuli” radiosu ilə də əməkdaşlıq edəcəyini vəd etdi.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register