“Seksual təcavüzün qadağan olunmasını tələb edirik” – Parlamentə petisiya verildi
…Mən lap kiçik qız olanda, metro və qarışıqlıqdan zəhləm gedirdi. Kimsə əlini vururdu, çəkilə bilmirdin, heç başa düşmürdün də kim idi…
…Küçədə bir şəxs arxamca düşdü. Diqqət yetirmədim. Sakitcə liftin yanına getdim. Lift gələn kimi özümü içəri atdım, o da arxamca gəldi…
…Qız qışqırırdı, oğlandan xahiş edirdi ki, dayansın. O, isə onun başına vururdu. Yazığı gəlmədən döyürdü…
Bu sosial şəbəkədə yayımlanan ictimai statuslardır, #metoo kampaniyasının çərçivəsində qızlar öz seksual sıxışdırılma faktları haqqında açıq danışırlar. Kampaniyanı aktrisa Alida Milano Twitter-də 15 oktyabr tarixində başlayıb. Məqsəd isə odur ki, cəmiyyət qadınların tez-tez müxtəlif seksual zorakılıq qurbanları olduğunu görsün.
“Seksual sıxışdırmanın qadağan olunmasını tələb edirik” – bu şüarlar qadın hərəkatı “Saffari” bu gün, 25 oktyabrda Gürcüstan Parlamentinə petisiya daxil edib. Petisiyanın müəllifləri və imzaçıları qanunla seksual xarakterli şərhlər, zarafatlar, məsxərələr, imtina edilməsinə baxmayaraq telefon nömrəsi və ya görüşün tələb olunması kimi halların qadağan olunmasını tələb edirlər. Eləcə də icazəsiz bədənə toxunma və s. Gender üzrə peşəkar Nona Samxaradze petisiyanı imzalayanlardan biridir. O, deyir ki, çox hallarda qadınlar seksual sıxışdırma faktlarını başa düşmürlər.
“Marneulidə tez-tez maşınların səs siqnalını qoşurlar, boylanırlar, maşını dayandırıb deyirlər otur hara gedirsən aparım, nəqliyyatda əllə toxunurlar, və çox vaxt biz qadınlar özümüzü müdafiə etmirik, əksinə, bu faktları gizləyirik, bu patriarxal cəmiyyətin pis tərəfidir ki qadını seksual obyekt kimi görürlər, fərqi yoxdur, qısa ətək geymisən, ya uzun. Makiyaj edibsən ya yox. Bütün qadınları ömründə bir dəfə də olsa seksual təzyiqin qurbanı olub”.
Tamar Darbaidze ictimai nəqliyyatda seksual sıxışdırma faktlarına tez-tez rast gələnlərdəndir. Onun sözlərinə görə, şəxslərin oxşar faktlara görə qanuni cəzalanması vacibdir.
“Nəqliyyatda çox adam olanda kişilər bundan istifadə edir. Bu faktlardan Özlərinəməxsus tələbatlarını ödəmək üçün istifadə edirlər. Başqaları buna fikir vermirlər, göz yumurlar. Halbuki həmin şəxs belə adama də səsini çıxara bilər və ətrafdakılar da belə hərəkətin qeyri insani olduğunu deyə bilərlər. Əgər səsimizi çıxarmasaq, əgər belə adamlar cəzalandırılmasa, bu həmişə davam edəcək və belə adamların çoxalmasına şərait yaranacaq”.
Beynəlxalq standsrtlara əsasən seksual sıxışdırma xoşagəlməz, seksual məzmunli hər hansı hərəkətə deyilir. Seksual sıxışdırma cəzalandırılacaq ya yox buna Gürcüstan Parlamenti qərar verəcək.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments