Seçkilərindən 4 gün sonra lari 4 tetri ucuzlaşdı

valuta

Yerli özünüidarə seçkilərindən 4 gün sonra lari dollarla müqayisədə 4 tetri ucuzlaşdı, Gürcüstan Milli Bankının bu günə olan məlumatına görə 1 dollar 2 lari 52 tetrini təşkil edir. Marneulidə puldəyişmə məntəqələrində isə 1 dolları 2 lari 53 tetriyə ala bilərsiniz. Larinin dəyərdən düşməsi Marneuli sakinlərinə də təsir edir.

Turistlərin sayının azalması, əhalinin larinin ucuzlaşması ilə bağlı gözləntiləri və lari əskinaslarının kütləsinin əvvəlki illə müqayisədə 20% artması. Gürcüstan İslahatlar Assosiasiyasının iqtisadçısı Beso Namçavadze Məhz bu faktorları Dolların lariyə nəzərən bahalaşmasına səbəb göstərir.

“Seçkilər mayda və ya iyunda keçirilsəydi lari ucuzlaşmazdı, lakin o cəhətdən əlaqəli ola bilər ki, seçkiöncəsi pul daxil olurdu, partiyalar xaricdən maliyyələşirdi və ya öz ehtiyatlarından xərcləyirdilər. Lariyə seçkiöncəsi kampaniyanın maliyyələşməsi üçün daha çox ehtiyac var idi nəinki bu gün. Bu cəhətdən təsir göstərə bilər”.

Beso Namçavadzenin dediyinə görə, yaxın gələcəkdə lari yenə də bir-iki tetra ucuzlaşa bilər. Lakin ötən illərin tendensiyasını nəzərə alsaq aprel ayında larinin bahalaşacağını təxmin edir.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register