Marneulinin “Aversi klinikasında” təmənnasız konsultasiyalar başladı

aversi 1

Marneulinin “Averis Klinikası” filialının pediatr şöbəsi 14 oktyabrdan pulsuz konsultasiyalar həyata keçirir. Gürcüstanın ümumsığortası ilə konsultasiyalar pulsuz deyil, ancaq Marneulinin “Aversi klinikası” istifadəçilərə bu servisi təmənnasız təklif edib. Pediatr söbəsinin rəhbəri İlona Xizaneişvilinin sözlərinə görə, qışın gəlməsi virus infeksiyalarının yayılmasına səbəb olub. Məhz bu məqsədlə də “Aversi” təmənnasız konsultasiyalar etməyə qərar verib.

“Biz qərar verdik ki, təmənnasız pediatr konsultasiyaları edək. Klinika ultra bənövşəyi aparaturalarla təchiz olunub. Bəzi adamlar konsultasiya ilə ödəmədə çətinlik çəkirlər. Onların bu imkanını məhdudlaşdırmaq istəmədik. Virus infeksiyaları yayılanda zamanında bizə müraciət edə bilsinlər”.

İlona Xizaneişvili zamanında konsultasiyaların edilməsinin əhəmiyyətindən danışır və gecikmiş hallar haqqında danışır.

“Zamanında müraciət edilməyəndə nəfəs çatışmamazlığı və bir çox hallarla qarşılaşırıq. İndi müraciət ediblər vəziyyət ağırlaşmışdı. İlk durumda gəlmək lazımdır. Pediatr müayinəsindən keçməyiblər. Ciddi fikir verməyiblər. Bunların hamısı maddi məsələlərlə bağlıdır”.

Biz xəstələrin valideynləri ilə də danışdıq, onların çoxusu xidmətdən razıdır. Nurlana Əliyeva Marneulinin Aversi klinikasının pediatr çöbəsində üç yaşlı uşağını müayinə etdirənlərdən biridir.

“Şərtlər və peşəkar həkimlər var. Mənim uşağımın üç gündür temperaturu enmirdi. Buraya gətirdim və onun vəziyyəti yaxşılaşdı”.

Gürcüstanın ümum sığorta proqramı azyaşlı uşaqların konsultasiya məbləği ödəmir, buna baxmayaraq marneulilərin Marneulinin Aversi klinikasının xidmətindən istifadə və öz uşaqlarını konsultasiya çərçivəsində müayinə etdirmək imkanları var.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register