“Keçmiş deputatlar necə çalışırdısa, bizdə elə çalışacağıq” – Marneulili deputat
Yerli özünüidarəetmə seçkiləri başa çatdı. Artıq məlumdur ki, Marneuli bələdiyyəsində ərazi vahidlərinin nümayəndələri kimlər olacaq. Yerli özünüidarəetmə haqqında qanuna əsasən, deputat seçilən gündən sakrebulo üzvü olur və ona müəyyən səlahiyyətlər verilir. Deputatın müstəqilliyini artırmaq üçün onların və eləcə də Parlament üzvlərinin çağırışı qanunvericiliklə mümkün deyil. İlia Dövlət Univetsitetinin konstitusional araşdırmalar mərkəzinin araşdırmaçısı, Qiorqi Mumladze sakrebulo üzvünü işgüzarlığı haqqında danışdı.
“Qərarı məsələn, normativ aktı hazırlayacaqlar. O, Komissiyada olan fraksiyada və işci qrupunda iştirak edə bilər. Onun hüququ var ki, sakrebulo qarşısında öhdəliyi olan orqana suallarını versin və ictimai məlumat tələb etsin. Onlarla birgə problemli məsələlərdən danışsın”.
Qiorqi Mumladzenin sözlərinə görə sakrebulonun əsas öhdəliyi munisipal büdcənin idarəsi və meri yoxlamaqdır. Kürtlərin majoritar birliyinin yeni seçilmiş deputatı, Omar İrişovun sözlərinə görə, onun əsas öhdəliyi əhalinin problemlərini sakrebuloya çatdırmaqdan ibarətdir.
Yerli özünüidarəetmə seçkilərində Marneulidə olan bütün majoritar dairələrdə “Gürcü Arzusu” partiyasının namizədləri qalib gəliblər. Proporsional siyahıya əsasən “Gürcü Arzusu” 11, “Avropalı Gürcüstan” 3, “Vahid Milli Hərəkat” isə sakrebuloya 1 deputat daxil edə biləcək.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments