“Europe for Georgia” fermerlərlə görüşdü

10 dekabr tarixində Marneuli Mülki Məşğullüq Mərkəzində “Europe for Georgia” tərəfindən fermerlərlə və yerli hakimiyyətin üzvləri ilə “Avropa birliyi və Gürcüstan” mövzüsunda görüş keçirildi. “Europe for Georgia” –nın analitiki Manana Vartiaşvili – “sevindirici haldır ki, artıq bir necə ildir ki, Gürcüstanın bir çox məhsulu Avropa bazarında satışdadır”-dedi.
Eləcədə görüş iştirakçısı və Kənd təsərufatının Kvemo-Kartlidə regional rəhbəri Leonti Sivsivadze mövzunun əhəmiyyətindən danışdı və çıxışında bildirdi ki, fermerlərimizin Avropa bazarının əsas kreteriaları haqda məlumatı yox idi, bir çox fermerimiz görüş sonunda bu kreterialar haqda bilik
qazandı.
Gürcüstan Avropa bazarına 2012-ci ildə ilk dəfə məhsul çıxartdı. 2014-ci ldə G ürcüstandan Avropa bazarına 216 405 000 dollar dəyərində kənd təsərufatı məhsulu çıxdı. Gürcüstanda hər il Avropa bazarına çıxan məhsulların sayı artır.
Müəllif: Şəlalə Amircanova
Şəlalə Əmircanova516 Posts
0 Comments