Kəndlərdə gender mövzusunda təlimlər davam edir

pita

Gender bərabərliyi, qadınlara qarşı zorakılıq, erkən yaşda evlilik. Bu mpövzularla bağlı Marneuli gəncləri Marneuli kəndlərində təlimlər keçirlər. Bu gün, “Tolerantlıq, mülki maariflədirmə, inteqrasiyaya dəstək” layihəsi çərçivəsində Marneuli gənclərinə təlimlər keçirilir ki, onlar da daha sonra kəndlərdə müəllimlərlə, şagirdlərlə, icma liderləri ilə görüşərək gender məsələləri ilə bağlı problemləri müzakirə edəcəklər.

BMT assosiasiiyası proqramının gənclər komponenti üzrə məmuru Tamta Xuçişvili deyir ki, layihə birillikdir , lakin təlimlərə davam etmək istəyən şəxslər qrant layihəsində iştirak edə bilərlər.

“Onlar nəzəri və praktiki cəhətdən erkən evlilik və zorakılıq barədə, qarşısının necə alınması barədə, Bu haqda maariflənmənin artırılmasının niyə mühüm olduğu barədə təlim keçəcəklər, Sonra isə təlim keçmək texnikalarını öyrənəcəklər, Bundan sonra isə sonra isə əsasən kənd əhalisindən ibarət iki yaş qrupu ilə görüşlər keçirəcəklər. Bunlardan biri məktəb şagirdləri və tələbələr digəri isə icma liderləri, valideynlər və müəllimlər olacaq”.

Şəlalə Əmircanova layihənin Marneulidən olan təlimçisidir. O bir neçə aydır ki, kəndd əhalisinə gender məsələləri ilə bağlı seminarlar keçir. Onun dediyinə görə qadın hüquqları Marneulidə problemli məsələdir.

“Şagirdlərlə işləmək daha asan idi, çünki suallara açıq şəkildə cavab verirdilər. Ancaq şagirdlər və icma liderləri ilə işləmək çətin idi, çünki onlar böyük idilər. Ailə zorakılığı cəmiyyətimizdə ailənin daxili işi hesab olunur və böyüklər bu barədə danışmaq istəmirdilər”.

“BMT Gürcüstan Assosiasiyası” USAİD-in, Barışıq və Vətəndaş Bərabərliyi üzrə Nazir aparatının və Ədliyyə Nazirliyinin dəstəyi ilə beşillik PİTA layihəsi bu ildən Kvemo Kartli, Kaxeti və Samtsxe Cavaxetidə həyata keçirilməyə başlayıb.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register