Cozef Smiti Marneulidə “Gürcü Arzusu” da nümunə götürdü
Gürcüstan Seçki Məcəlləsinin 46-cı maddəsinə əsasən, seçkiöncəsi müddətdə öz posterlərini yapışdırmış partiyalar MSK seçkilərin yekun nəticələrini açıqladıqdan sonra iki həftə ərzində özləri həmin posterləri sökməyə borcludur. O da qeyd olunmalıdır ki, Tbilisi Sakrebulosuna Londonlu namizəd Cozef Aleksandre Smit yekun nəticələri gözləmədən öz arzusu ilə posterlərini sökməyə başladı. Bu təşəbbüs hakim partiyanı da həvəsləndirdi və onlar Tbilisi və digər bölgələrdə posterləri sökməmyə başladılar.
Marneulidə hakim və müxalifət partiyalar Dairə Seçki Komissiyası nəticələri açıqlayanadək öz arzuları ilə posterləri sökməyi planlaşdırırlar yoxsa yox.
Avropalı Gürcüstan öncələr də qanun çərçivəsində necə hərəkət edəcəklərini bildiklərini deyirdilər. Lakin onların şərhindən öz tərəfdarları ilə birgə bunu edib etməyəcəklərini başa düşə bilmədik.
Sinxron
“Quruculuq hərəkatı”nın namizədi Leyla Məmmədova isə yerli bələdiyyənin posterləri sökməli olduğunu hesab edir və bildirir ki, əgər onlar tərəfindən reaksiya olmazsa könüllülərlə birgə posterləri sökməyə başlayacaq.
VMHın namaizədi Rəhim Əsgərov bu gün axşam saatlarında posterləri sökməyi planlaşdırır və sökə bilmədiklərini isə zamanın hökmünə buraxacaq.
Gürcüstan Vətənpərvərlər alyansının namizədi Zviad Şubitidze dedi ki, seçkiyə qədər cəmi bir neçə posteri olub ki, bunları da sökəcək.
Lia Mestvrişvili Bejanişvilinin isə ümumiyyətlə posteri olmayıb və buna görə də onun qanunu pozmaq qorxusu yoxdur
Gürcü Arzusunun mer seçkilərində qalib gəlmiş namizədi Temur Abazovla gün ərzində əlaqə saxlaya bilmədik. Saat 3-də efirə gedən buraxılışımızdan sonra seçki qərargahının sədri Ruslan Hacıyevlə əlaqə saxladıq və aydın oldu ki, posterləri sökməyə elə qərargahın qarşısından başlayıblar. Ruslan Hacıyev dedi ki, onların fəalları marneuli miqyasında təmizlik aksiyasına başlayacaqlar və Cozef Smitin təşəbbüsü onların çox xoşuna gəlib. Mer seçkilərində qalib gəlmiş Temur Abazov da aksiyaya qoşulub və öz aksiyalarını müsbət dəyərləndirir.
Əslən londonlu olan lakin gürcüstanda fəaliyyət göstərən siyasətçi cozef smit gürcü siyasətində bir ilkdir və aydın oldu ki onu Marneulidə də nümunə götürüblər. Smit şəhəri öz seçkiöncəsi posterlərindən tamamilə təmizləyib, bununla belə heç kəs bilmir ki bu istiqamətdə Marneuli tamamilə təmizlənəcək ya yox.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments