“TDI”-ın fikrincə Marneuli Dairə Seçki Komissiyasında şikayətlərlə bağlı qəbul edilmiş qərar qanunsuzdur
Müşahidəçi təşkilatlar Yerli özünüidarə seçkilərində Marneulidə müxtəlif seçki məntəqələrini fəal şəkildə müşahhidə edirdilər və öz səlahiyyətləri çərçivəsində şikayət ərizələri yazırdılar. Şikayət ərizələrinin müzakirəsi 25 oktyabrda başa çatdı. Marneuli dairə seçki komissiyasının sədri Koba Asanidze deyir ki, cəmmi 11 şikayət ərizəsi alıblar.
“Bir ədəd müzakirə olunmamış qalıb, ikisi inzibati məsuliyyət tələb edir, onlara məktub yazacağıq. 8 ədəd müzakirə etdik, bunlardan biri qismən təsdiq olundu, biri tamamilə təsdiq olundu, altısı isə təsdiq olunmadı”.
Müşahidəçilər arasında Tolerantlıq və Müxtəliflik institutunun nümayəndələri də var idi, biz onlardan bir, Şota Tutberidze ilə söhbət etdik. O, deyir ki, Onlar tərəfindən üç şikayət yazılıb, bunlardan biri Qızılhacılıda 89 saylı məntəqədə olanlarla bağlı idi. Baxmayaraq ki, kimliyini təsdiq edən sənədi olmayan şəxslər içəridə buraxılıblar, həmin məntəqədə qapını bağlayaraq onların müşahidəçilərini səs sayma otağına buraxmayıblar. Şota Tutberidzenin dediyinə görə, şikayətləri qismən təmin olunub və komissiya sədrinə yalnız müşahidəçiləri içəri buraxmadığı üçün xəbərdarlıq verilib.
“Səs sayılan vaxt müşahidəçiləri otağa buraxmadılar, Qapını bağladılar. Bizdə təsdiqləyən fotolar var ki, kimliyini təsdiqləyən beicləri olmayan kənar şəxslər otağaa necə daxil olur. Başqa məntəqədə sıranı tənzimləyən şəxs iki adam əvəzinə üç adam buraxdı, sıranı tənzimləyə bilmirdi, ona da xəbərdarlıq edildi. Və biz hesab edirik ki bu xəbərdarlıq sədr üçün müvafiq sanksiya deyildi, daha sərt sanksiyalar olmalıdır”.
Marneuli radiosunda xəbərlərin saat 5-də efirə gedəcək əsas buraxılışında Tolerantlıq və Müxtəliflik institutunun nümayəndəsinin komissiyanın müzakirə etmədiyi şikayətlərlə bağlı şərhini sizlərə təqdim edəcəyik. Şota Tutberidzenin dediyinə görə, onların yazdıqları ərizələr tamamilə əsaslı olub.
Şota Tutberidze təmin olunmayan şikayətlərlə bağlı da danışır və deyir ki, onlar tərəfindən yazılmış şikayətlərlə bağlı qərarlar əsassız və qeyri-qanuni olub.”
“Bizim şikayətlərlə bağlı qərarlar ədalətsiz, əsassız və qeyri-qanuni idi. Komissiya üzvləri istəmirdilər ki, ədaləti təmin etsinlər. Onların əsas işləri qanunu pozan komissiya üzvlərini qorumaq idi və məsuliyyətdən qaçmalarına şərait yardırdılar”.
Marneulidə yerli özünüidarə seçkilərini baaşqa müşahidəçi təşkilatlar da izləyirdilər: Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyası, Çoxmillətli Gürcüstan və Ədalətli Seçkilər və beynəlxalq demokratiya cəmiyyəti bu təşkilatlardandır.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments