“Övladların üçün meşəni qoru” – meşəbəyi vəzifəsi

tye

Marneuli sakini Laşa Çaqelişvili meşəbəyidir. O, Tserakvi meşəsini brakonyerlərdən qoruyur. Əhali üçün odunun paylanması da Laşanın funksiyalarına daxildir. O, hər səhər saat altıda oyanır ki, əhalini meşənin kənarında gözləməyə məcbur etməsin.

Soyuq qışa hazırlığı əhali indidən görür və odun növbəsinə də səhər erkəndən dururlar. Laşa iki azyaşlı uşağını da həyat yoldaşının öhdəsinə buraxmalı olur. Çünki o, Tserakvi meşəsinin qarovuludur.

“Gecə də, gündüz də işləyirəm. Demək olar ki ailəmlə keçirməyə vaxtım olmur. Əsasən maksimal şəkildə meşələrdə oluram”.

Marneulili meşəbəyi Laşa Çagelişvili Tserakvi meşəsinin 4500 kv. metrlik sahəsini köhnə ağaclardan təmizləyir, bununla da əhalinin odun paylarını almasına kömək edir. Meşəyə qulluq etmək də Laşanın işidir.

“Əgər istifadəçi yoxdursa, gəzirəm. Maksimal şəkildə, meşənin ən az 30-40 faizini gəzməliyəm ki, heç kəs gizlənməsin”.

Laşa Marneulidə Şaumiani meşəsinin yandığı avqust ayını da xatırladır.

“İlk olaraq biz meşəbəyləri getdik, sonra yanğınsöndürənlər və polis gəldi. Birgə söndürdük. O tərəfə getim, orada da mənim kimi meşə mühafizəçisi var, onunla birlikdə getdik. yarım saata çatdıq, elə böyük yanğın deyildi, kiçik idi, təxminən yarım saata söndürdük”.

Laşa və onun həmkarlarının alovla mübarizəsini asanlaşdırmaq üçün Milli Meşə Agentliyi gələn ildən meşə mühafizəçiləri və meşə agentliyi əməkdaşlarına müvafiq ləvazimatların verilməsini planlaşdırır. Nazirlik doqquz bölgənin hər biri üçün bir ədəd su nasosu almağı planlaşdırır ki, bununla da kiçik miqyaslı yanğınlarla mübarizə daha asan olacaq.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register