Bələdiyyələr heyvanların hüquqlarının qorunub qorunmaması ilə maraqlanmalıdırlar – Heyvanların Müdafiəsi Federasiyası

quchis-dzaglebii

Qiorqi Mağlaperidze fərdi sahibkardır. O, Marneuli bələdiyyəsi tərəfindən elan edilmiş itlər üçün sığınacaq xidməti adlı tenderdə iştirak edib. Bələdiyyə artıq onunla müqavilə bağlayıb və Mağlaperidzenin dediyinə görə, ilkin olaraq Marneulidən Ozurqetiyə təxminən 20-25 it aparıb.

“Bir neçə it tutub apardım, 20 idi ya 25, dəqiq yadımda deyil”.

Qiorqi Mağlaperidzenin işinə Gürcüstan Heyvanların Müdafiəsi Federasiyası da nəzarət edir və ehtiyac olduğu halda itlərlə bağlı hansı prosedurları həyata keçirdiklərini müşahidə edirlər. Gürcüstan Heyvanların Müdafiəsi Federasiyasının nümayəndəsi Temur Laçkepianinin dediyinə görə, çox vaxt bələdiyyələr az sayda itlərin geri qaytarılmasını tələb edir ki, bu da qəbuledilməzdir.

“Ola bilsin ki kiməsə hürür və buna görə icra başçısı qalxısn desin ki, aparın, bu kimi hallar olur. İtlər kiməsə hürür, buna görə də icra hakimiyyətində başlayırlar ki, aqressivdir, aparın buradan, öldürün və sairə. Sonra bunu oradan çıxarıb kənar ərazilərə buraxırlar”.

Qiorqi Mağlaperidze bir neçə gün içində Marneuliyə gəlməyi və i tləri aparmağı planlaşdırır, Gürcüstan Heyvanların Müdafiəsi Federasiyasının nümayəndəsi Temur Laçkepiani deyir ki, bələdiyyələr heyvanların hüquqlarının qorunub qorunmaması və onlarla humanist şəkildə davranılması ilə maraqlanmalıdırlar.

Yerli bələdiyyə 12 700 lari dəyərində tender elan etmişdi ki, bu tenderdə də yalnız bir nəfər, Qiorqi Mağlaperidze iştirak etmişdi. Onunla müqaviləni 16 oktyabrda bağlayıblar. İtlər üçün sığınacaq xidməti bələdiyyə ərazisindəki 127 ədəd sahibsiz itin sığınacağa aparılmasını, lazım gələrsə eftanaziya və basdırılmasını nəzərdə tutur.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register