Sadaxlıda 11 220 ədəd siqaret aşkar olunub
“Sadaxlı-Avtomobil” Gömrük keçid məntəqəsində 11 220 ədəd bəyan olunmamış siqaret aşkar olunub.
Gəlir Xidmətindən IPN-a verilən məlumata görə, 25 oktyabr tarixində “Sadaxlı-Avtomobil” Gömrük keçid məntəqəsində 11 220 ədəd bəyan olunmamış siqaretin qanunsuz olaraq ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
Maliyyə Nazirliyinin Gəlir Xidmətinin gömrükçü məmurları bəyan olunmamış siqareti adı açıqlanmayan Ermənistan vətəndaşının avtomobilinə baxış keçirərkən aşkar edib.
Gürcüstan Vergi Məcəlləsinin 289-cu maddəsinin 14-cü bəndinə əsasən həmin şəxsdən bəyan olunmamış siqaret və avtomobil müsadirə olunub və min lari həcmində cərimə yazılıb.
Mənbə: ipn.ge
Amil Məmmədov2286 Posts
0 Comments