Amerika səfirliyi seçkilərdən sonra Marneulidə vəziyyətlə tanış olub
27 oktyabr traixində Marneuliyə siyasi ofisser Conatan Brend qonaq gəlib. O, müxtəlif siyasi partiyaların və eləcə də QHT nümayəndələri ilı görüşüb. Görüşlər qapalı şəkildə keçirilib. Ancaq bizə imkan verildi ki, Conatan Brendlə Mülki Məşğulluq Mərkəzində söhbət edək. O, aktiv cəmiyyət nümayəndələri ilə görüşləri müsbət dəyərləndirdi.
“Mən buraya ona görə gəlmişəm ki, ümumiyyətlə cəmiyyət nümayəndələri, eləcə də seçkidə iştirak edən siyasi partiya namizədləri ilə tanış olaq. Son görüş isə bir neçə QHT nümayəndəsi ilə oldu. Mən Gürcüstana yeni gəlmişəm və müvafiq olaraq maraqlanıram ki, onların gedən proseslərlər əlaqədar təəssüratlarını, baxışlarını, qiymətləndirmələrini dinləyim”.
Conatan Brend Tbilisidə ABŞ səfirliyində siyasi məsələlər üzrə çalışır.
Radio “Marneuli”
marneulifm1106 Posts
0 Comments