Yeni tiklən bağçaların açılması bələdiyyə məclisinin iclasından sonra məlum olacaq

bagi_24b55

Marneuli bələdiyyəsində 13 uşaq bağçası fəaliyyət göstərir. Bunlar arasında tikilmiş və istifadəyə verilməmiş uşaq bağçaları da mövcuddur. Fəaliyyətə başlamaq üçün maliyənin ayrılmasına bələdiyyə məclisinin iclasında qərar verilməli olduğuna görə Sadaxlı və Algeti kəndlərində tikilmiş bağçalar hələlik istifadəyə verilməyib. Buna görə də hələlik bələdiyyə məclisinin iclasını gözləmək lazım gəlir.

Marneuli bələdiyyəsinin Birləşmiş Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov “Marneuli” radiosuna bildirdi ki, bələdiyyə məclisinin iclasından sonra bağçanın nə zaman açılacağı məlum olacaq.

O, Marneuli bələdiyyəsində yeni uşaq bağçalarının tikilməsi məsələsinə də aydınlıq gətirdi və bildirdi ki, 2018-ci ildə iki bağçanın tikilməsi nəzərdə tutulur.

Zaur Kərəmov onu da əlavə etdi ki, Gürcüstanda məktəbəqədər hazırlıq kursları ilk dəfə Marneulidə həyata keçirilib və Hal-hazırda bu sistem özünü doğruldub. Həmin hazırlıq kursları Təhsil Nazirliyinin xətti ilə həyata keçirilir.

Zaur Kərəmov qeyd etdi ki, icma nümayəndələri yerli dövlət orqanlarına ərizə ilə müracət edərək öz ərazilərində məktəbə qədər hazırlıq kurslarının açılmasını tələb edə bilərlər və bundan sonra lazimi işlər görülərək hazırlıq kursları açıla bilər.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register