Təcili Tibbi Mərkəzin tikintisinə yaxın gələcəkdə başlanılacaq

sascrafo-daxmareba

Marneulidə yeni təcili tibbi mərkəzin tikintisinə yaxın gələcəkdə başlanılacaq. Təcili Tibbi mərkəzin layihəsinə görə 1 mərtəbəli bina olacaq ki, bu da Mağalaşvili adına körpü yaxınlığında tikiləcək. Marneuli bələdiyyəsinin PR və İnformasiya şöbəsinin rəhbəri Mariam Xaçidze təcili tibbi mərkəzin tikilməsinin məqsədləri haqqında danışdı.

“Bələdiyyədə son onilliklər ərzində xüsusi təcili tibbi mərkəz binası yox idi. Təxirəsalınmaz tibbi yardım xidmətinin yaxşılaşdırılması məqsədilə icra hakimiyyəti tərəfindən mərkəzin tikintisi üçün tender elan olundu. Yeni layihəyə əsasən mərkəzin müasir tələblərə uyğun tibbi xidmət göstərmək imkanı olacaq”.

PR və İnformasiya şöbəsinin rəhbəri onu da qeyd etdi ki, mərkəzin tikintisi üçün 152 000 lari ayırılıb. Məbləğin 95 faizi dövlət büdcəsi, qalan 5 faizi isə yerli özünüidarə tərəfindən qarşılanacaq.Təcili Tibbi mərkəzin tikintisi layihəyə əsasən 2018-ci ilin yanvar ayında başa çatacaq.

“Marneuli” radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register