“Qaz doldurma stansiyalarının çoxu qanunu pozur” – Qiorqi Xvedelidze

gazi

“Yola çıxarılmış avtomobil” – bu tez-tez istifadə olunan termindir. Gürcüstanda Marneuli bələdiyyəsində nə qədər avtomobilin qazla hərəkət etməsinə dair dəqiq statistika yoxdur. Baxmayaraq ki, qaz  balonlarının 200 atmosferdən artıq qazla yüklənməsini qadağan edən  qanun mövcuddur, “Airbalon” şirkətinin nümayəndəsi Qiorqi Xvedelidze deyir ki, qaz doldurma stansiyalarının çoxu qanunu pozur.

Qiorqi Xvedelidze qeyd edir ki, beynəlxalq standartlara əsasən bir qaz balonunun qazla doldurulmasına orta hesabla 15 dəqiqə lazımdır. Buna isə qaz dayanacaqlarında riayət olunmur. Marneulidə Təbii qazla hərəkət edən nəqliyyatdan istifadə qorxusu var. Əhali sərnişinlərin təhlükəsizliyindən danışır.

2018-ci ilin 1 yanvarından avto nəqliyyatların texniki yoxlayışı məcburi olacaq. Həmçinin, qaz balonları ilə çalışan avtomobillər üçün tənzimləmələrin ciddiləşdirilməsi planlaşdırılır. Buna görə də onlar yoxlayışdan keçməli olacaqlar.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register