Bakı-Tbilisi-Qars dəmir yolu xətti işə düşdü

BTQ

30 oktyabr tarixində Bakı-Tbilisi-Qars dəmir yolu xətti işə düşdü.

Tikintisinə 2007-ci ildə başlanılmış və “Dəmir İpək Yolu” adlandırılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti istifadəyə verilir.
Bu münasibətlə Azərbaycan paytaxtında keçiriləcək açılış mərasimində Prezident İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili, eləcə də 3 ölkənin digər rəsmi şəxsləri, nəqliyyat sektorunun təmsilçiləri iştirak ediblər.

“Bakı-Tbilisi-Qars dəmir yolu – tarixi əhəmiyyət daşıyan bir layihədir” – bu bəyanatı Azərbaycan respublikasını prezidenti İlham Əliyev dəmir yolunun açılış mərasimində verdi.

“Bugün keçirilən açılış mərasimində dost və qardaş ölkələrdən qonaqlarımız iştirak edirlər. Xüsusi ilə Türkiyə prezidenti Rəcəp Tayyip Erdoğanı salamlayıram. Həmçinin, Gürcüstanın, Özbəkistanın, Qazaxstanın, Tacikistanın və Türkimənistanın baş nazirlərini salamlayıram və bi tədbirdə iştirak etdikləri üçün təşəkkürümü bildirirəm” – dedi Əliyev.

Azərbaycan prezidenti həmçinin qeyd etdi ki, Bakı-Tbilisi-Qars dəmir yolu Avropayı Asiya ilə birləşdirən ən qısa və ən təhlükəsiz yoldur.

“Bu yol ilə, ilk mərhələdə beş milyon ton yükün keçirilməsi planlaşdırılır. Daha sonraki mərhələdə 17 milyon ton və daha sonra, yükün həcmi dahada artacaq. Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiya xəritəsinin əhəmiyyətli hssəsi olur” – dedi İlham Əliyev.

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimində nitqlə çıxış zamanı bildirdi ki, “Bakı-Tbilisi-Qars” dəmir yolunun müvəffəqiyyətini əhəmiyyətli dərəcədə, Çindən artan ticari-iqtisadi münasibətlər şərtləndirir” dedi.

Giorgi Kvirikaşvili qeyd etdi ki, Gürcüstan “İpək yolunun” bərpasına da qatqı vermək istəyir.

“Əminəm ki, Bakı-Tbilisi-Qars yeni dəmir yolu marşrutu, bu məqsədə nail olmaqda əhəmiyyətli rol oynayacaq”, – dedi Giorgi Kvirikaşvili.

Baş nazirin dediyinə görə, cari ilin 28-29 noyabrında, Tbilisidə “İpək Yolunun” yüksək səviyyəli beynəlxalq forumu keçiriləcək, hansında ki, 40-dan artıq ölkənin iqtidar və özəl sektorunun nümayəndələri iştirak edəcəklər”.

“Təbii ki, əsas odur ki, burada təqdim edilən ölkələrin birliyinin nümayişi odur ki, biz münasibətlərimizi daha da möhkəmləndiririk, hansı ki, ölkələrimiz və regionumuz üşün uğur gətirəcək” – dedi Giorgi Kvirikaşvili.

“Bakı-Tbilisi-Qars dəmir yolu regionun gələcəyi üçün əhəmiyyətli layihədir” -Bu barədə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda dəmir yolunun rəsmi açılış mərasimində verdi.

Türkiyə liderinin dediyinə görə, bu layihə sadəcə Azərbaycanı, Gürcüstan və Türkiyəyi deyil, həmçinin, Avropa və Asiyayı da birləşdirir.

“Bugün Çindən Avropaya gedən yüklərin həcmi 240 milyon tondan artıqdır. Bu yükün 10 faizi belə ğlkəmizə çəıxan “orta dəhlizlə” nəql edilsə, biz əlavə 24 milyon ton yük keçirə bilərik” – dedi Ərdoğan.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register