Marneulidə Azərbaycan vətəndaşı həbs edilib

DIN

DİN-in Kvemo Kartli polis departamentinin Marneuli regional idarəçiliyinin əməkdaşları, aparılan əməliyyat-axtarış və istintaq tədbiri nəticəsində, Azərbaycan Respublikasının vətəndaşı, 2014-cü ildən Bakı interpolu tərəfindən axtarılan, 1990-cı il təvəllüdlü İ.M., Gürcüstanın dövlət sərhəddini qeyri-qanuni keçdiyinə və odlu silahın qeyri-qanuni əldə edilib-saxlanılmasına görə saxlanılıb.

Hüquq mühafizəçiləri ittiham olunan şəxsi Marneulidə, Parvani adlanan məntəqə istiqamətində, yüngül avtomobillə hərəkət edən zaman saxlayıblar. Polis qeyd olunan avtomobildən kalaşnikov sistemli “AKM” modelli odlu silah, 2 qundaq və 50 patron çıxarıb.

İstintaq təsdiqləyib ki, saxlanılan Bakının interpolu tərəfindən qətl hadisəsində günahlandırılaraq axtarılırmış.
İttiham olunan şəxs törətdiyi cinayəti etiraf edib.

Gürcüstan dövlət sərhəddini qanunsuz keçməyə və odlu silahı qanunsuz saxlanma faktına dair istintaq gedir (Gürcüstanın CM-nin 344-cü maddəsinin 1-ci hissəsi, 236-cı maddənin 2-ci və 3-cü hissələri ilə).

Daxili İşlər Naziri (DİN)

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register