Yeni ayaq yolunun tikilməsi üçün 33 007 lari məbləğində vəsait ayrılmışdır

kurtlar mektebi

Marneuli bələdiyyəsinin Kürtlər kəndinin ictmai məktəbinin ayaqyolu problemi illərdi ki, mövcudur. Məktəbdə təhsil alan 200-dən artıq şagird qəzalı vəziyyətdə olan ayaqyolundan istifadə edirlər. 2017-ci ildə Gürcüstan Elm və Təhsil Nazirliyinin qərarı ilə kənd məktəbində yeni ayaq yolunun tikilməsi üçün 33 007 lari məbləğində vəsait ayrılmışdır.

Kürtlər kənd ictmai məktəbinin direktor vəzifəsinin icraçısı Gülxanım Şərəfovanın sözlərinə görə, yeni ayaq yolunun tikilməsi üçün tender elan olunub və nəticələrini gözləyirlər.

Prosedurlar tamamlandıqdan sonra təmir işlərinə başlanılacaq. Təmir işlərinin nə zaman təhvil veriləcəyi isə məktəb müdriyyətinə məlum deyil.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register