İstintaq xidməti: Sərhəddən 113 550 qutu aksizi olmayan siqaret keçirilərmiş

img

Maliyyə Nazirliyinin istintaq xidmətinin məlumatına görə, ittiham olunan şəxs qismində iki nəfər saxlanılıb. onlar ümumilikdə, 113 550 qutu aksizi olmayan siqareti sərhəddən keçirirlərmiş.

Onların məlumatına görə, aşkarlanan aksizsiz siqaretin bazar qiyməti ümumilikdə, 353 825 larini təşkil edir.

“Birinci halda ittiham olunan şəxs “Kazbeki” gömrük-keçid məntəqəsindən keçərək, təqdim olunan sənədlərə əsasən, Ermənistan Respublikasından Rusiya Federasiyasına işlənmiş daş aparırdı. Ancaq ryoxlayışda aşkarlandı ki, yük avtomobili yüksək miqdarda – 48 100 qutu müxtəlif adlı aksizsiz siqaret daşınırmış.

İkinci halda, ittiham olunan şəxs “Ququti” yoxlayış-keçid məntəqəsindən keçərək, rəsmi sənədlərə əsasən, onun idarəsi altında olan yük avtomobili ilə Ermənistan Respublikasından Rusiya Federasiyası istiqamətində çiçək daşınmasını həyata keçirirdi. Aparılan yoxlayış nəticəsində aşkarlandı ki, real olaraq böyük miqdarda – 65 450 qutu müxtəlif adlı aksizsiz siqaretin qanunsuz keçirilməsinin yeri var imiş”, – istintaq xidməti bildirir.

Müəssisənin məlumatına görə, Gürcüstan CM-nin 200-cü maddəsinin 3-cü hissəsi ilə (yüksək miqdarda aksizsiz məhsulun daşınması) istintaq gedir. Maddə 6-dan 8 ilə qədər azadlıqdan məhrum edilməni nəzərdə tutur.

Mənbə: Netgazeti.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register