Qaçqınlar və Köçkünlər nazirliyi daha 44 qaçqın ailəyə kənddə ev alacaq

1-1-2-e1509452482614

Gürcüstanın işğal olunmuş ərazilərindən məcburi olaraq çıxmış şəxslərə, Qaçqınlar və Köçkünlər nazirliyi həyətyanı torpaq sahəsi ilə birgə, daha 44 qaçqın ailəsinə kənddə ev alacaq.

Evlərin alınması haqqında qərarı Qaçqınların məsələlərini öyrənən komissiya verib. Komissiya iclasında nazirin birinci müavini Qriqol Qiorqadze, nazirliyin əməkdaşları və Xalq Müdafiəçisi Aparatının nümayəndələri iştirak edirlərmiş.

İndiki mərhələdə qaçqın ailələrə evi Sameqrelo, İmereti və Kvemo Kartli regionlarında alacaqlar.

“Kənd evi” layihə çərçivəsində, qaçqın ailə özü Gürcüstanın hər hansı regionunda həyətyanı sahəsi ilə evi seçir. Şərtlərin qane olduğu halda isə nazirlik qaçqın ailə üçün qeyd olunan evi alır. Kənd evinin alınması tələbi ilə, ərizələrin qəbulu davamlı rejimdə gedir.

İndiyə kimi, nazirlik, Gürcüstan miqyasında, artıq 1700-dən çox qaçqın ailəsi üçün kənd evi alıb.

Mənbə: Netgazeti.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register