Ola bilər ki, bələdiyyə məclisinin yeni tərkibi büdcə layihəsinin müzakirəsində iştirak edə bilməsin

biujeti

 

Yerli bələdiyyənin icra hakimiyyəti büdcə layihəsini Bələdiyyə Məclisinə təqdim etmək üçün 15 noyabra qədər vaxtı var, həmin gün də bələdiyyə məclisinin iclası keçiriləcək və bir sıra prioritetlər müəyyən olunacaq. Mülki Mədəniyyət Beynəlxalq Mərkəzinin idarə heyətinin sədri Kote Kandelakinin dediyinə görə, prioritet sənədləri üzərində işlərə mart ayından başlanılmalı idi.
“Bu prioritetlərin sənədləri indi Parlamentə dövlət büdcəsi layihəsi ilə birgə təqdim olunan ölkənin inkişaf sənədlərinə uyğun olmalıdır və Bələdiyyə prioritetləri dövlət prioritetlərindən kənara çıxmamalıdır”.
Marneuli bələdiyyəsi PR və İnformasiya şöbəsinin rəhbəri Mariam Xaçidze deyir ki, bələdiyyənin əsas maliyyə büdcəsi üzərində işlər demək olar ki tamamlanıb.
“Yerli bələdiyyə büdcə planlamasına əhalinin qoşulmasını fəallaşdırmaq məqsədi ilə 2015-ci ildən Vətəndaş büdcəsi layihəsinin həyata keçirir. Marneuli bələdiyyəsi, icra hakimiyyəti bu ilin yazından 2018-ci ilin vətəndaş büdcəsini planlaşdırmaq məqsədi ilə 2019, 2020 və 2021-ci illəri də nəzərə alaraq, əhali ilə fəal görüşlər keçirdi.
Büdcə çərçivəsində əhali ideyalarını təqdim edə bilərdilər. Lakin bu görüşlərdə məlumat xarakterli kampaniyaların keçirlməsindən, onların iştirakının nə dərəcədə vacib olduğunu izah etməkdən başqa, bu görüşlərdən istifadə edərək onların bildirdikləri problemləri və pritoritetləri də qeydə aldıq”.
Mariam Xaçidzenin dediyinə görə, prioritet məsələlər kimi daxili yollar, suvarma suyu, idman meydançaları və idman müəssisələri məsələləri müəyyən olundu.
Büdcənin müzakirəsinə gəlincə isə Kote Kandelaki qeyd edir ki, bələdiyyə məclisinə təqdim olunan büdcə layihəsi müzakirə olunduqdan sonra icra hakimiyyəti layihəni ictimaiyyətə açıqlamalıdır. Məhz bundan sonra layihənin həyata keçirilməsinə başlamaq olar.
Bununla belə keçən ilin büdcə layihəsinin müzakirəsi əhalinin iştirakı olmadan keçirildi.
Kote Kandelakinin dediyinə görə, ola bilər ki, büdcə layihəsini bələdiyyə məclisinin yeni tərkibi müzakirə edə bilməsin. Çünki hələlik bütün Gürcüstan miqyasında seçkilərin nəticələri yekunlaşdırılmalıdır və yəqin ki, bələdiyyə məclisinin ilk iclası 15 noyabrdan sonra keçiriləcək.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register