Nyu-Yorkun mərkəzində atışma olub, 8 nəfər ölüb, 12 nəfər yaralanıb

newyourk

Nyu-Yorkda törədilən terror aktı nəticəsində ölənlərin sayı 8, xəsarət alanların sayı isə 12 nəfərə çatıb. APA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlər qarşısında çıxış edən Nyu-York meri Bill de Blazio bildirib. İnsident polis tərəfindən terror aktı kimi qiymətləndirilib, istintaq Federal Tədqiqatlar Bürosu tərəfindən aparılır.

Qeyd edək ki, yük maşını idarə edən şəxs avtomobili velosiped yoluna çıxararaq velosipedçilərin üzərinə sürüb. Daha sonra avtomobildən düşən sürücünü polislər atəş açaraq yaralayıblar. Onun şəxsiyyəti müəyyən edilib və hazırda o dindirilir. Nyu-York meri Bill de Blazio hadisə yerinə gəlib. Hadisə barədə ABŞ prezidenti məlumatlandırılıb.

 

 

 

məmbə:Apa.az

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register