Ceyhun Çoydarov silahlı insidenti siyasətlə əlaqələndirir

chovdarovi

19 Oktyabr tarixində Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində silahlı insident nəticəsində yaralanmış Ceyhun Çoydarov ötən çərşənbə günü Marneulidəki Geo Hospitals klinikasında ifact.ge saytına verdiyi müsahibəsində hadisənin siyasi münaqişə zəminində baş verdiyini bildirib.

“Şübhələndiyim bir adam var. Mən hər şeyi polisə danışmışam, onlar indi həmin şəxsi sroğulayırlar. Mən bilirəm ki, bu şəxsi münaqişə zəminində baş verməyib”, – deyə o, qeyd edib.

Ceyhun Çoydarovla telefon əlaqəsi zamanı o, hal-hazırda yaxşı olduğunu, evə isə nə vaxt buraxılacağını bilmədiyini dedi.

Xatırladaq ki, Çeyhun Çoydarov Qızılhacılıdan namizədliyini irəli sürmüşdü və seçkilərdə 78.34% səslə qalib gəlmişdi. Daxili İşlər Nazirliyi isə məsələ ilə bağlı hələlik açıqlama verməyib.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register