One Caucasus 2018-ci il planları və Tserakvidə keçirilməsi məsələləri

collage221

“Vahid Qafqaz” festivalı Marneuli bələdiyyəsinin Tserakvi kəndində, üç ölkənin sərhəddində artıq 4 ildir ki, keçirilir. Müxtəlif ölkələrdən könüllülər və musiqiçilər ona görə gəlirlər ki, layihənin məqsədini təsdiqləsinlər. Təsdiqləsinlər ki, konfliktlərin həlli musiqi və münasibətlərlər mümkündür.

Bu gün, bir noyarbda, Rooms Hotel Tbilisidə beynəlxalq, yerli QHT-lə iş görüşməsi keçirildi. Görüşün təşkilarçılarından biri, layihənin koordinatoru İrakli Mikaianın dediyinə görə, bugünkü günün məqsədi iştirakçıları layihənin konsepsiyasının əsası ilə tanış etmək idi. Həmçinin, iştirak edən və maraqlanan təşkilatlardan 2018-ci ilin Vahid Qafqaz Festivalını onların iştirakı ilə necə gördüklərini dinləmək idi.

“Təxminən 25 nəfər iştirakçı vardı ki, bunlar da bir neçə təşkilatı təmsil edirdilər. Marneuli bələdiyyəsindən Analiz və Statistika Şöbəsinin əməkdaşları iştirak edirdilər. Onların çoxlu maraqlı ideyaları oldu. Məsələn, birbaşa və ya dolayı yolla maliyyələşdirmədən başqa Marneuli bələdiyyəsinin əməkdaşlarının təşkilati məsələlərdə könüllü iştirakı, bundan başqa onların təqdimatından daha bir yaddaqalanı o oldu ki, One Caucasus sakit və təhlükəsiz sahə yaratmaq yolu ilə münaqişələrin qarşısının alınması nümunəsi olmalıdır”.

Eləcə də hələ gün qrafikində festivalın keçirilməsi üçün yer məsələsi durmaqdadır. Amma təşkilatçılar ümid edirlər ki, gələn il festival yenə də Marneulinin Tserakvi kəndində baş tutacaq. Layihəni Polşa fondu İnna Prezesten, Polşanın Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə  həyata keçirir.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register