Uşaq bağçaları tərbiyəçilərinin peşəkarlığına nəzarət olunacaq
Uşaq bağçalarının tərbiyəçi-pedaqoqları üçün ali təhsil məcburi olacaq. Bu haqda məlumat media vasitələrində yayılıb. Tbilisinin uşaq bağçaları idarəsi agentliyinin rəhbəri Temur Torqilava mediaya bildirir ki, 2024-cü ilin 1 sentyabrından tərbiyəçi-pedaqoq vəzifəsinə yalnız məktəbəqədər tədris istiqamətinə ali təhsili olan şəxslər təyin olunacaqlar.
Biz maraqlandıq ki, Marneulidə qeyd olunan faktə necə dəyərləndirirlər və Demokrat Qadınlar İttifaqının direktoru Olqa Endelazde ilə söhbət etdik. Olqanın sözlərinə görə, o, illərdir ki, uşaq bağçası məsələləri üzrə çalışır və Marneulidə kvalifikasiyalı tərbiyəçinin tapılması çətin məsələdir.
“Marneuli reallığını götüürsək bu qədər ali təhsilli mütəxəssis olmayacaq. Üstəlik kəndlərdə. Ali təhsil mütəxəssisin hazırlığı anlamlına gəlmir. Buna görə də treninq proqramlar olmalıdır. Bütün bunlar hələlik təsdiqlənməyib. Bunun üçün bir neçə ilə ehtiyac var”.
Olqa Endelazde uşaq bağçalarında kvalifikasiyalı kadrların çatışmamazlığını gender problemləri ilə əlaqələndirir və bildirir ki, çox hallarda ali təhsili olan gənc kadrlara ərləri çalışmağa imkan vermirlər. Gender üzrə mütəxəssis Nona Samxaradze isə təsdiq edir ki, Marneulidə kişilər üçün xanımlrına ən bəyənilən iş ya bağça ya da ki, məktəbdir.
“Ərlərinin gənc qadınları işə buraxmaması arqumenti təəccüblüdür. Əksinə, bağça və məktəblər ərlər üçün daha arzuolunan iş hesab edilir. Qadınların işə buraxılmaması çox pisdir, lakin təəssüf ki, reallıq odur ki, kişilərin əksəriyyəti, hətta qadınlar da soruşduqda kişilər üçün arzuedilən işin bağça və məktəblər olduğunu deyirlər, çünki uşaqlarla və qadınlarla ünsiyyətdə olurlar”.
Nona Samxaradze eləcə də kvalifikasiyalı kadrların problemi haqqında danışır və qeyd edir ki, bu gün Marneulidə qadınların təhsil alması bir çox faktorlarla əlaqədardır.
“Kəndlərdə hələlik hazır kadrlar olmayacaq. Çünki yalnız erkən evlilik deyil bir çox faktorlar təhsil almağa mane olur. Misal üçün dil baryeri, şəhərə gütmək qorxusu, Marneulidə artıq dövlət təhsili almaq əlçatan deyil və Marneulilər ali təhsil almaq üçün Tbilisiyə getməli oluruq. Əlbəttə bütün bunlar ailələr üçün maneə törədən faktorlardır”.
Məktəbəqədər tədris müəssisələrində təhsil dərəcəsinin qaldırılması üçün hökumət tərəfindən 27 oktyabr tarxində yeni standartlar təsdiqləndi. Standart bir tərəfdən bağçanın tərbiyəçi-pedaqoqlarının kvalifikasiyasının artırılmasını, digər tərəfdən isə məktəb yaşlı uşaqların məktəb üçün lazımi bacarıqlar əldə etməsini nəzərdə tutur.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments