ISFED – “Elan olunmuş seçicilərdən artıq bülleten var idi”

archevnebi

21 oktyabrda keçirilən yerli özünüidarəetmə seçkilərinin sonuncu nəticələri məlum olub. Marneulinin 22 saylı seçki komissiyasının yekun protokoluna əsasən, Marneuli bələdiyyəsinin meri Temur Abazov olub. Dairənin sədri Koba Asanidze sakrebulo deputatları arasında mandatın bölünməsi haqqında danışır.

“Marneuli meri vəzifəsinə cənab Temur Abazov seçilib. Proporsional sistemlə Gürcü Arzusu 11 mandat, Avropalı Gürcüstan 3 mandat, VMH isə 1 mandat qazanıb. Dörd majoritar dairədə də Gürcü Arzusu namizədi qalib gəlib”.

QHT “Ədalətli seçkilər” Marneulidə seçkilərin gedişatı prosesində 30 şikayət yazıb. Geniş miqyaslı pozuntular haqqında təşkilatın hüquqşünası Elene Nijaradze danışır.

“Marneulidə sistematik şəkildə və irimiqyaslı qanun pozuntuları baş verdi. Bu onunla əlaqəli ola bilər ki, biz Marneulini tamamilə müşahidə edirdik. Misal üçün dırnaqların nişanlanmasına əməl olunmurdu, müvafiq olmayan sənədlə səs verirdilər. Bundan başqa texniki çatışmazlıqlar da olurdu, misal üçün sənədin hansısa rekviziti yox idi, bülletenlərin sayı qeydiyyatda olan seçicilərin sayından çox idi”.

Elene Nijaradze eləcə də qeyd edir ki, 22-ci seçki dairə komissiyası pozuntuları qeyri müvafiq şəkildə müzakirə edib.

“Məsələn 51-ci məntəqə şikəyət olunmuşdu, çünki gün ərzində çox qanun pozuntusu olmuşdu, nə dairə komissiyası nə də məhkəmə şikayətləri təmin etmədi”.

“Ədalətli seçkilər” Marneulinin 31-ci məntəqəsində baş verən pozuntuları Bolnisi məhkəməsinə şikayət edib. Ancaq məhkəmə şikayəti təsdiqləməyib.

“Məntəqə seçki komissiyalarının üzvlərinin məsuliyyətə cəlb olunmaqdan qaçırılması tendensiya halını almışdı”.

Marneuli bələdiyyəsinin yeni meri və 35 deputatdan ibarət sakrebulosu yaxın gələcəkdə çalşmağa başlayacaq.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register