Yığım pensiya sistemi nədir və Marneuli sakinləri nə düşünürlər

lari

2018-ci ilin ikinci yarısından Gürcüstan pensiya sistemi yığım pensiya sisteminə keçə bilər. İqtisadiyyat, Maliyyə Nazirliyi və Milli Bankın nümayəndələri mətbuat üçün “Yığım pensiya sistemi”nin qanun layihəsinin təqdimatını keçirdilər.

Yığım pensiya sisteminin yaradılmasını nəzərdə tutuan pensiya islahatları Parlamentə 2017-ci ilin sonuna qədər təqdim olunacaq. İşlə təmin olunmuş 40 yaşa qədər şəxslər üçün pensiya islahatlarına qoşulma məcburi olacaq, lakin qanun qüvvəyə minən zaman 40 yaşını tamamlamış şəxslər üçün bu könüllü olacaq. Pensiya islahatlarına qoşulma təsrrüfat işləri ilə məşğul olan şəxslər üçün də məcburi olmayacaq.

Qanun layihəsinə əsasən işlə təmin olunmuş şəxslər gəlirlərindən 2 faiz ödəyəcək. 2-2 faiz işlə təmin olunmuş şəxslər və dövlət ödəyəcək. Təsərrüfat işləri ilə məşğul olan şəxslər arzu etdikləri halda pensiya heesabına 4 faiz pul köçürməli olacaqlar.

Marneuli sakini Laşa Nadradze bu sistemin yaxşı olduğunu qeyd etdi.

“Hal-hazırda işlə təmin olunma baxımından çətinlikdir və çoxununda maaşı azdır. Bu müəyyən dərəcədə baryerlər yaradır, lakin yığım məddəniyyəti Gürcüstanda ümumiyyətlə yoxdur. Bu bir baxımdan da motivasiya verər ki, gənclər işləsin, daha çox gəlir əldə etsin və daha çox yığsın”.

Marneuli sakinləri arasında da sorğu apardıq və onların fikirini örğənməyə çalışdıq.

Qanunlayihəyə əsasən təqaüd fonduna müşahidə şurası olan  Təqaüd Agentliyi nəzarət edəcək.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register