Seçkilərin ikinci turu 12 noyabr tarixində baş tutacaq

secki

Özünüidarə şəhərində/özünüidarə icmasında mer seçkilərinin ikinci turu 12 noyabr tarixində baş tutacaq. Seçkilərin ikinci turunun tarixini MSK-nın dünən baş tutan iclasında MSK-nın sədri Tamar Jvania bildirib.

İkinci tur 1 özünüidarə şəhərində – Kutaisidə və 5 özünüidarə icmasında – Martvili, Borjomi, Ozurgeti, Xaşuri və Kazbekidə keçiriləcək. Qeyd olunan şəhərlərdə merliyə namizədlərin heç biri 50%-lik maneəni aşa bilməyib və seçkilərin ikinci turunun təyin olması vacib olub.

Qeyd etmək lazımdır ki, “Milli Hərəkat” ikinci tura boykot elan edib, ancaq seçki qanunvericiliyinə əsasən, Kutaisi və Martvilidə ikinci yerə çıxan “Milli Hərəkat”ın namizədləri seçki bülletenlərində yenə də təqdim olunacaqlar.

“Seçki Məcəlləsinə” əsasən, namizədin hüququ var ki, öz namizədliyini səs vermə gününə 12 qalmış geri çəksin, amma bu qayda seçkilərin ikinci turuna aid deyil.

Özünüidarəetmə seçkiləri 21 oktyabr tarixində keçirildi.

Mənbə: İpn.ge

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register