Sığınacaqdan Marneuli küçələrinə 4 it qaytarıldı

quchis-dzaglebii

Marneuli küçələrindəki sahibsiz itlərin sığınacaqlara köçürülməsi davam edir. Bu həftə fərdi sahibkar Qiorqi Mağlaperidze Marneulidən daha 25 iti Ozurgetidəki sığınacaqlara apardı. Mağlaperidzenin dediyinə görə, köçürülmüş itlər yaxşı vəziyyətdədirlər.

“Bəziləri normal vəziyyətdədir, bəziləri isə karantindədir”.

Fərdi sahibkar artıq ikinci dəfədir ki, sahibsiz küçə itlərini Ozurqeti sığınacağına aparır. O, bundan əvvəl də 25 it aparmışdı. Onlardan isə yalnız dördünü Marneuli küçələrinə qaytarıb.

“Dördünü şəhərə qaytardıq, beşi ya altısı dəqiq bilmirəm, hələ yerindədir. Qalan 15-i isə peyvənd olunmuş və qulaqları nişanlanmış vəziyyətdə ətraf ərazilərə buraxılıb. ŞƏhərə buraxa bilməzdik, xalqı narahat edə bilərdi. Hələlik öldürülən yoxdur, lakin bir-ikisinin vəziyyəti pisdir, ola bilsin ki, onları öldürmək lazım gəldi”.

Gürcüstan Heyvanların Qorunması Federasiyasının nümayəndəsi Temur Laçkepianinin dediyinə görə, şəhər küçələrinə yalnız 4 itin buraxılması qəbuledilməzdir. Laçkepiani bu problemi veterinarların peşəkarlığının olmaması ilə əlaqələndirir və deyir ki, veterinarların hazırlanması vacibdir.

“25 itdən 4 həqiqətən də doğru rəqəm deyil, ən az yarısı steril olunmuş vəziyyətdə küçələrə qaytarılmalıdır. Ətraf ərazilərə buraxılanlar isə bir-iki günə onsuz da həmin yerlərə geri qayıdacaqlar”.

Marneuli bələdiyyəsi İtlər üçün sığınacaq xidməti barəsində tender elan etmişdi ki, bu tenderdə də yalnız bir nəfər, fərdi təsərrüfatçı Qiorqi Mağlaperidze iştirak etmişdi. Tender 12 700 lari dəyərində idi ki, bu da bələdiyyə ərazisindəki 127 sahibsiz itin sığınacağa aparılmasını, lazım gələrsə eftanaziya və basdırılmasını nəzərdə tuturdu.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register