Kəmalə Məmmədova Avropa çempionu oldu

evropis chempioni

Kəmalə Məmmədova Qardabanda yaşayır. O, bir neçə gün bundan əvvəl Barselonada Kiokuşin Karate üzrə baş tutan çempionatda Gürcüstanın adı ilə 55 kq çəkidə mübarizə apararaq ən yaxşı nəticəni əldə edib və Avropa çempionu olub. Bizimlə söhbəti zamanı dedi ki, o, yarışlara ciddi hazırlaşıb və yarışa da qalib olmaq ümidi ilə gedib.

Onun sözlərinə görə sevincini ilk olaraq ailə üzvləri ilə bölüşüb. Sonra isə qohumları və dostları biliblər və Gürcüstana qayıdanda isə Tbilisi Beynəlxalq Aeroprotunda onu qarşılayıblar.

Kəmalə Məmmədovanın dediyinə görə idmanı uşaqlıqdan sevir, ilk dəfə futboldan başlasa da sonradan karateyə cəhd göstərib. Çox xoşuna gəlib və bu günə qədər fəal şəkildə məşqlər edir. O, indi Gürcüstan Texniki Universitetində biznes administrasiyası fakultəsində tələbə olaraq təhsil alır. İdmanla isə fəal şəkildə məşğul olur.

Kəmalə Məmmədova yarış zamanı 3 döyüş keçirib. O, əvvəlcə Ukraynalı idmançıya qalib gəlib, İkinci döyüşü Çin idmançısı ilə olub və bu döyüşdə nokautla qalib gəlib. Finalda isə yerli idmançıya qalib gəlib və Avropa Çempionu titulunu qazanıb.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register