Marneuli bələdiyyə məclisində kişilərin inhisarçılığı

qali

Marneuli Bələdiyyəsinin bələdiyyə məclisinin deputatlarının sayı və onların gender tərkibi artıq məlumdur. Gələcək bələdiyyə məclisinin 35 deputatı olaraq kişilər təqdim olunub. Qadınları “Gürcü Arzusu” partiyası siyahısına daxil etməyib. Onların siyahısında kişilər təqdim olunmuşdur. Nəticədə isə idarəçi partiya 31 kişi deputatla bələdiyyədə məclisində olacaq. Amiran Qiorqadze “Gürcü Arzusu” nun proporsionla siyahıda birinci nömrəsidir və o, deyir ki, Marneulidə aktiv qadınlar siyasətə getmirlər.

“Belə alındı ki, bizim fəallarımız seçkidə iştirak etməyi arzu etmədilər. Məsləhətləşmələrimiz oldu. Lakin belə oldu. Bələdiyyə məclisində də İcra hakimiyyətində də çoxlu sayda xanımlarımız işləyir. Olsa pis olmazdı. Amma belə oldu”.

2017-ci ilin yerli özünüidarəetmə seçkilərində “Gürcü Arzusu”nun aktiv qadın dəstəkçisi Nərgiz Əliyeva seçkiqabağı kampaniyalara qoşulmuşdu, o, qadın seçicilərlə görüşürdü, partiyanın məqsəd və baxışları ilə onları tanış edirdi. Buna baxmayaraq, deyir ki, partiya onun partiya siyahısına daxil edilməsi qərarını verməyib.

“Xeyr. Bilirsiniz? Belə qərarları partiya qəbul edir. Partiya lazım bilməyib. Mən də heç təklif etmədim”.

Marneuli bələdiyyə məclisində 3 deputat “Avropalı Gürcüstandan” olacaq, 1 deputat “Milli Hərəkatdan” və onlardan dördü də kişidir. Rəhim Əsgərov “Milli Hərəkatdan” bələdiyyə məclisinin deputatıdır və deyir ki, Marneulidə aktiv qadınlar yoxdur.

“Mentalitet belədir ki onlar fəal deyillər. Siyasi cəhətdən fəal deyillər. Biz də əsas yerlərdə fəallara, xidmətləri çox olanlara yer veririk”.

Marneulili Olqa Endeladze illərdir bələdiyyənin problemi məsələləri üzrə çalışır və qeyd edir ki, real olaraq qadınların cəlb olunması üzərində partiyalar çalışmırlar. Baxmayaraq ki, siyasətə getməyi planlaşdırmır, bildirir ki, heç bir partiya nə ona nə də başqa Marneuilili aktiv qadınlara bələdiyyə məclisi deputatlığı üçün mübarizə aparmağı təklif etməyiblər.

Olqa Endeladze yerli özünüidarəetmə seçkilərində seçkiqabağı monitorinq aparırdı və o, qeyd edir ki, yalnız partiya sıralarında deyil, qadınları seçici olaraq da partiyalar az nəzərə alırlar. Seçkiqabağı görüşdə qadın seçicilərin iştirakçı sayı kişilərin sayından olduqca az idi.

“Qadın nümayəndəsinin Sakrebulo üzvü olmaq imkanı olan partiyalardan biri seçki baryerini aşa bilmədi, lazımi sayda səs toplaya bilmədi. Özünüidarədə heç bir qadın olmayacaq, bu isə o deməkdir ki, yerli özünü idarə orqanlarında qadınların maraqları təqdim olunmayacaq”.

“Saffari”nin direktoru Baia Pataraia Marneulinin yeni bələdiyyə məclisini mənfi şəkildə qiymətləndirir. Partiyaların isə Marneulidə aktiv qadınlar yoxdur arqumentini cəfəngiyyat hesab edir.

“Təəssüf ki Marneuli bölgəsi istisna hal deyil.  Digər bölgələrdə də bələdiyyə məclislərində qadınlar yoxdur. Marneuli ilə, xüsusilə gənclərlə işlədiyimə görə, bilirəm ki marneulidə çoxlu motivasiyalı gənclər, o cümlədən qızlar var. Lakin məsələ burasındadır ki, bu adamlara siyasi fəaliyyət təklif etmirlər və sonra da resurs azlığından şikayətlənirlər. Siyasətdə qadın təmsilçinin olması ilk növbədə sitasi partiyanın maraqlarına daxil olmalıdır”.

Marneulinin 35 nəfərlik bələdiyyə məclisi, birbaşa anlayışla kişilərdən ibarət olan çalışmasına yaxın gələcəkdə başlayacaq.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register