“Marneulidə epidemiya təhlükəsi yoxdur ” – Həkim Epidemioloq Polad Həsənov
Havaların birdən-birə soyuması, yağan yağışlar artıq payızın ilkin nəfəsini hiss etdirir. Payız fəslinin gəlişi ilə bir sıra xəstəliklər, xüsusən də soyuqdəymə, revmatizm, qrip və başqa xəstəliklər baş qaldırır. Bu cür havalarda geyimə, qidaya diqqət etmək lazım gəlir.
Bu mövsümdə ən çox yayılan xəstəliklərdən biri də qripdir. Bunun üçün hansı profilaktik tədbirlər görülməlidir, bu haqqda Marneuli səhiyyə mərkəzinin Həkim Epidemioloqu Polad Həsənov “Marneuli” Radiosuna məlumat verdi.
Həkim onu da əlavə etdi ki, Səhiyyə Nazirliyi tərəfindən qrip virusu üçün vaksinlər göndərilib və həmin vaksinlər risk qrupunda olanlara vurulur.
Polad Həsənov qeyd etdi ki, vaksinlərdən xəstəxanda fəaliyyət göstərən dializ bölməsinə də verilib.
Həkim onu da xatırlatdı ki, həftənin ilk iş günü ambulatoriya və statsionar şəraitdə nə qədər xəstə qəbul edildiyi haqqında səhiyyə nazirliyinə məlumat verilir. O, hal-hazırda Marneulidə epidemioloji vəziyyətin olmadığını da qeyd etdi.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments