TDI – “Dini birliklər və yaxud dindarlar tərəfindən tikilmiş məscidlər dövlətin balansında olmamalıdır”

musalmanlar ali dini idaresi

 

Ümum Gürcüstanın Müsəlmanlar Ali Dini İdarəsi Dini Məsələlər Üzrə Dövlət Agentliyinə qarşı məhkəməyə müraciət edib. Bu haqda Marneuli radiosuna dini idarənin sədri, Şeyx Seyid Mirtəqi Əsədov bildirib. Şikayətin səbəbi isə Seyidin dediyinə görə dövlət agentliyi tərəfindən dini müəssisələr üçün ayrılmış maddi hesabatın ictimailəşdirilməsindən imtina etmələri olub.

Onlar bizə cavab verdilər ki, hüquqi tərəfdən bunu sizə verməyə haqqımız yoxdur. Dini məsələlərə nəzarət edən 117 saylı qərar ki 2014-cü ildə qəbul edilib, həmin qərara əsasən bu bizim haqqımızdır. Biz də məhkəməyə müraciət etmişik ki, məhkəmə özü qərar versin. Məsələyə aydınlıq gətirsin.

Gürcüstan Müsəlmanları Ali Dini İdarəsinin Dövlət Agentliyindən hər hansı, hətta maddi məlumatı da tələb etmək hüququ var. Tolerantlıq və Rəngarənglik İnstitutunun hüquqşünası Şota Tutberidze qeyd edir ki, etiraz olunduğu təqdirdə isə bu qanun pozuntusudur.

O təşkilat əgər Dini Məsələlər Üzrə Dövlət Agentliyindən pulun nəyə xərcləndiyi barədə məlumat istəyirsə, bu qanunidir, çünki həmin agentlik ictimai inzibati orqandır və onun fəaliyyəti də ictimaidir. Buna görə də Müsəlmanların Ali Dini İdarəsinin bu məlumatı almaq hüququ var.

Dini Məsələlər Üzrə Dövlət Agentliyinin rəhbəri Zaza Vaşağmadze bu şikayət haqqında heç nə bilmir

Hələlik bizə heç nə daxil olmayıb. Əgər nəsə gəlsə təbii ki, qanuna müvafiq olaraq hərəkət edəcəyik, başqa şərh vermək istəmirəm.

Bu iki dini birlik arasında mübahisəli vəziyyət hələ bir neçə ay əvvəl yaranıb. Marneulidə yerləşən İmam Əli adına məscidin dövlət agentliyinin balansında olmasını ümum gürcüstanın müsəlmanların dini birliyi şikayət edib. Hüquqşünas Şota Tutberidze hesab edir ki, bu dövlətin diskriminasiya siyasətinin nəticəsidir.

Bu aydındır ki, qanuni deyil, çünki bu binaları ki sovet dövründə dini birliklərin əlindən zorla alıblar, və yaxud sonradan yerli əhali tikib, bunlar dövlət balansında olmamalıdır. İdeal halda işğalçı rejimin aldığı mülkiyyəti dini birliklərə qaytarmaq üçün dövlətin siyasəti olmalıdır, bunun üçün addım və yol da var. Bu istiqamətdə pravoslav kilsələr qaytarıldı, amma müsəlmanlara heç nə qaytarılmayıb, məscidlərin böyük əksəriyyəti dövlət qeydiyyatındadır. Buna görə də dindarlar onlara məxsus məscidin qaytarılmasını tələb edirsə, bu qanunidir və onların tələbi yerinə yetirilməlidir. Bununla belə bu problem yalnız bir məscidə aid deyil, kifayət qədər çox sayda dini tikililər, o cümlədən digər dini icmalarla bağlı bu problem mövcuddur. Bir məsələnin həlli heç nəyi dəyişə bilməz, çünki bu günkü qanunvericilik çərçivəsində bu mümkün deyil.

Şota Tutberidzenin dediyinə görə, dini birliklərə sovet şurası dövründə dəyən zərər səbəbindən məbləğ köçürülür və hüquqşünasın dediyinə görə bu “səfehlikdir”. Çünki zərərin ödənməsi üçün həmin zərərin hesablanmasını dövlət həyata keçirmədən özləri həyata keçirməlidirlər. Ümum Gürcüstan Müsəlmanlarının Ali Dini İdarəsi artıq ikinci dəfə Dövlət Agentliyinə qarşı məhkəməyə müraciət edib. Onların marağını Gənc Hüquqşünaslar Assosiasiyası müdafiə edir.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register