Koki Xarşiladze ilk şeirlər toplusunu atasının xatirəsinə həsr edib

კოკი ხარშილაძე

Koki Xarşiladze Marneulili şairdir. Onun çoxdankı arzusu çin olub və “Səssiz musiqi” adlı ilk şeirlər kitabı çapdan çıxıb. O, kitabı mətbəədən ötən gün götürüb. Bu gün isə Marneuli radiosununqonağı oldu və sevincini bölüşdü. O kitabını atasının xatirəsinə həsr edib. Onun dediyinə görə, bu onun atasının əbədi xatirəsi olacaq.

“Fikrimcə bu kitabın çap olunması ilə yalnız mənim deyil, atamında arzuları çin olub. Onun arzusu idi ki mənim kitabım çıxsın. Mən kiçik bir iş gördüm, atamın xatirəsinə həsr etdim bu kitabı”.

O, qeyd edir ki, şeirlərnin motivi sevgidir.

“Bu kitaba daxil olan, ümumiyyətlə bütün şeirlərin, motivi sevgidir. Bundan sonra müxtəlif mövzular ortaya çıxır. Məsələn vətənpərvərlik, humanistlik, həyati, və yaxud konkret qadın-kişi sevgisi ola bilər. İstənilən mövzunun motivi sevgidir. Ümumiyyətlə bu geniş anlayışdır”.

Koki Xarşiladze onu da əlavə etdi ki, şeir yazmağa başladığı ilk günlərdən ilk kitabının çıxacağı anı gözləyirmiş.

“O gün kifayət qədər emosional idi. Yeri gəlmişkən qeyd edim, dinləyici də bilsin ki, kitabı dünən götürdüm, nəşriyatdan dünən çıxıb. Sizin veriliş bu kitabla bağlı ilk dəfə sizin verilişdə danışıram. Şüurlu şəkildə şeir yazmağa başlayandan bu anı gözləyirdim. Əlbəttə uşaqlıqdan şeir yazıram, uşaqlıqda yazdığım şeirlər indi də durur. Lakin həmin vaxt fikirləşmirdim ki bu şeirlərdən kitab hazırlamaq olar, indi də uşaqlıqda yazdığım şeirlərdən kitab olacağını düşünmürəm. Amma şüurlu şəkildə şeir yazmağa başlayanda bu ideya yarandı ki bütün bunlar vərəqlər üzərində qalmasın və kitab şəklində çap olunsun”.

Xatırladırıq ki kitabın təqdimatı yaxın gələcəkdə Marneulidə baş tutacaq ki, burada da oxucuların kitabı almaq imkanı olacaq. Kitab Marneuli icra hakimiyyətinindəstəyi ilə çap olunub.

“Marneuli” Radiosu

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register