İnflyasiyanın illik göstəricisi 6,4%-Marneuli bazarında məhsulların yüksək qiyməti

bazar

Gürcüstan Milli Statistika Xidmətinin yaydığı məlumata görə, oktyabrda Gürcüstanda illik inflyasiya 6.4% təşkil edib. Onların məlumatına görə, dəyişikliyin təsiri ilə məhsulların, alkoholsuz içkilərin, geyim və ayaqqabıların, həmçinin tibbi məhsulların qiymətləri artıb. Qiymətlərin artımını Marneuli bazarındakı satıcılar da açıq şəkildə etiraf edirdilər, Onlar bizimlə söhbətlərində alıcıların sayının azalmasına səbəb olan çətinliklərdən danışdılar və dedilər ki, banka olan borclarını necə ödəyəcəklərini bilmirlər.

“Bahalaşıb, buna iki lari vermişəm, sata bilmirəm. əsəsblərim korlanıb. İndiki hakimiyyət kəndlilər üçün heç nə etmir. Sata bilmirəm, maşınla gətirmişəm, üç lariyə başa gəlib. Əvvəllər qəpik-quruşa alırdım, ucuz da satırdım”.

“Dünən gətirdiyim məhsulların bəzisinə əvvəlki ilə müqayisədə 7 lari, bəzisinə 5 lari artıq ödəmişəm”.

“Alıcılar da çox nadir olur. Banklar üçün işləyirik, ailəmiz üçün işləyə bilmirik. Satdığımızı da kirayəyə və banka veririk”.

“Hər şey bahalaşıb. Alıcı ala bilmir. Hər şey qalıb xarab olur. Faktiki olaraq alıcı yoxdur. Xalq alıcılıq qabiliyyətini itirib”.

Qiymətlərin artımından yerli sakinlər də şikayətlənirlər. Deyirlər ki, qiymətlər günbəgün artır.

“Bizim üçün çoxdan bahalaşıb bala. Günbəgün bahalaşır. Nə deyək, bizim üçün yaxşı heç nə deyə bilmirik. Misal üçün dünən qiymət 20 tetri az idisə, bu gün 20 tetri artıb, bu qayda ilə qiymətlər hər gün qalxır”.

Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, illik inflyasiyanın formalaşmasına əsas aşağıdakı qruplarda qiymətlərin dəyişikliyin də təsiri olub: ərzaq və alkoholsuz içkilər: qiymətlər 7,4% artıb və ümumi indeksin artmasında 2,21% təsir edib. Sonrakı qruplarda da qiymətlər bahalnıb: Tərəvəz və bağ məhsulları (28,4%), Alkoholsuz içkilər və tütün məhsullarının qiyməti 17.6% bartıb ki, bu da ümumi indeksin artmasına 1.13% faiz dərəcəsində təsir edib. Səhiyyə qiymətləri isə 5.8% artıb ki, bu da ümumi indeksin artmasına 0.5% faiz dərəcəsində təsir edib.

“Marneuli” Radiosu

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register