Ağıllı video kameralar Marneulidə 2017-ci ilin sonuna qədər çalışacaq
Gürcüstan miqyasında 5 şəhərdə, Tbilisi, Qori, Xaşuri, Kutaisi və Batumda bir noyabrdan 3000 ağıllı kamera çalışacaq. Ünsiyyətsiz patrullaşdırmanın elektron sistemi yol hərəkəti qaydalarını pozanları cərimələyəcək. Əsasən video kameralar beş növ qayda pozuntusunu qeydə alacaq: qırmızı işıqda keçmək, ikiqat xətti keçmək, bələdəiyyə nəqliyyatının xəttində hərəkət etmək, hərəkətə qarşı istiqamətdə hərəkət etmək və yolverilən nromanı aşmaq və orta sürəti pozmaq.
Ağıllı video kameraların yerləşdirilməsi üçün 5 şəhər hansı prinsiplə seçilib və Marneulidə də bu sistem çalışacaqmı. DİN-in mətbuat xidmətindən Radio “Marneuliyə” bildirdilər ki, ağıllı video kameraların Marneulidə də montaj olunması planlaşdırılır.
“Marneuli bələdiyyəsində də Gürcüstanın bütün regionları kimi montaj olunması planlaşdırılır. DİN-in əməkdaşları yerli özünüidarəetmələrlə görüşdülər və kameraların yeri və sayını müzakirə etdilər”.
Ağıllı video kameralar Marneulidə 2017-ci ilin sonuna qədər çalışacaq. Yol hərəkəti qaydalarını pozan şəxslərin mobil telefonuna cərimə haqqında qısa mətnli mesaj gedəcək. Ödənmədiyi halda cərimə qeydiyyat ünvanına 2 dəfə gedəcək. Nəticədə cərimə köçürükəcək. Video kameralar bal sistemində işləməyəcək.
“Marneuli” Radiosu
Amil Məmmədov2286 Posts
0 Comments