Monitorinq sistemlərinə əsasən Şərqi Gürcüstanda Asiya böcəyinin yayılması qeydə alınmayıb

aziuri-farosanaa

Son bir neçə aydır Qərbi Gürcüstanda Asiya böcəyinin hücumundan şikayət edirlər. Onunla mübarizə aparmaq üçün isə müxtəlif ölçülər götürüldü. Radio Marneuli təqribən bir ay bundan əvvəl sujet hazırladı və məlum oldu ki, Marneulidə yayılan və Qərbi Gürcüstanda yayılmış Asiya böcəyinə çox oxşayan həşərat pentatoma ailəsinin başqa nümayəndəsi imiş. Məlum oldu ki, Marneulidə yayılan həşərat əhali üçün zərərli deyil çünki onu sayı azdır.

Biz maraqlandıq ki,  son bir ay ərzində Asiya böcəyinin Şərqi Gürcüstanda yayılması qeydə alınıb ya yox. Milli Ərzaq Mühafizəsi Agentliyinin mətbuat xidmətinin rəhbərinin dediyinə görə Gürcüstan miqyasında kənd təsərrüfatı mədəniyyətlərində, monitorinq sistemi montaj edilib və buna əsasən Şərqi Gürcüstanda Asiya böcəyinin olması qeydə alınmayıb.

“Müəyyən fərdlərin olması yayılmaq demək deyil. Müvafiq olaraq kənd təsərrüfatı mədəniyyətlərində böcəyin yayılması Şərqi Gürcüstanda qeydə alınmayıb”.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register