“Radio Marneuliyə niyə zəng vurmalı idim” – İrma Otaraşvili

QALTA OTAXI

Gender bərabərliyi, erkən evlilik, qadın hüquqları, xalq müdafiəçisinin mandatı, bunlar bu gün Marneulinin icra hakimiyyətinin qadın otağında mediadan kənar müzakirə olunan mövzulardı. Rima Otaraşvili Marneulinin “Qadın otağının” üzvüdür və o, Radio Marneuli ilə əməkdaşlığı vacib hesab edir.

– Sizi Radio Marneulidən narahat edirik.
– Nəyə zəng vurmalı idim.
– Məlumatı işıqlandırmaq üçün.
– Mən məcbur deyiləm. Birdə ki, hər dəqiqə Marneuli Radiosuna ya televizyaya niyə zəng vurmalıyam mənim görüşlərim var.
– Yəni siz hesab edirsiz ki, əhalinin geniş miqyası bu haqda məlumat almamalıdır.
– Bu icra hakimiyyətinin əməkdaşları üçün idi.

Bugünkü görüş haqqında detalları ətraflı müəyyən etmək üçün gender bərabərliyi məsələlərində Marneuli sakrebulosunun sədr müşaviri, İa Esebua ilə söhnət etdik. Onun sözlərinə görə bugünkü görüşdə Kvemo Kartlidə xalq müdafiəçisinin nümayəndələri Marneuli bələdiyyəsinin əməkdaşları ilə görüşüblər və “Ailədə zorakılıq”, qadın hüquqları haqqında danışıblar. Yerli özünüidarənin erkən yaşda evlənmə problemindəki rolu ilə bağlı İa Esebua danışdı.

“Biz indi icazə gözləyirik ki, məktəblərə çıxaq. Bunun üçün səlahiyyətli təlimçilər dəvət edək. Onlar valideynləri, müəllimləri, məlumatlansınlar ki, bu növ evlilik nələrə səbəb olur”.

Gender bərabərliyi məsələləri üzrə Marneuli sakrebulosunun sədr müşaviri İa Esebuanın sözlərinə görə yeni sakrebulo çalışmağa başlayanda gendet şurası yaranmalıdır. Bugünkü görüş Kvemo Kartlidə Xalq Müdafiəçisinin təşəbbüsü ilə baş tutub.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register