Ombudusman aparatı Kvemo Kartlidə gender bərabərliyi planı hazırlayıb

saxalxo-damcveli

 

Xalq müdafiəçisi aparatının əsas istiqamətlərindən biri qadın hüquqlarının müdafiəsi və gender bərabərliyidir ki, bu məqsədlə də 2013-cü ildən xalq müdafiəçisi aparatında gender bərabərliyi şöbəsi yaradılıb. Xalq müdafiəçisi aparatının gender məsələləri üzrə Kvemo Kartli bölgə nümayəndəsi Mariam Qvidianinin dediyinə görə, Kvemo Kartli ofisi tərəfindən gender bərabərliyi strateji planı işlənib hazırlanıb ki, bu plan çərçivəsində də müxtəlif qruplarla məlumat xarakterli görüşlər keçirilir.

“O cümlədən yerli bələdiyyənin, “Qadınlar otağı”nın nümayəndələri ilə görüşürük. Dünən belə görüş keçirdik. Görüşdə gender məsələləri üzrə bələdiyyə məclisində köməkçi də iştirak edirdi. və Kvemo Kartli bölgəsindəki ümumi tendensiyalar, kəndlərdə belə görüşlər təşkil edərkən, qadınlarla görüşərkən hansı ehtiyacları gördükləri barədə söhbət etdik. Xalq müdafiəçisinin mandatına uyğun olaraq, ailədə zorakılıq barədə məlumat verdik. Ailə zorakılığı mövzusu və gender bərabərliyi departamentinin funksiyası barədə ətraflı söhbət açdığımız təqdimat keçirdik”.

Görüş zamanı onlar iştirakçıları hüquq müdafiəçisinin tövsiyyələri ilə də tanış ediblər.

“Gender bərabərliyi barədə tövsiyələrdən biri cavabdeh şəxslərin vəzifələri, bələdiyyə məclisi səviyyəsində gender bərabərliyi şurasının yaradılması idi. Cinsiyyətə görə işlə təmin olunmanın statistikasının yaradılması və analizi, həmçinin qadınların vəzifə baxımından irəliləməsinə mane olan baryerlərin aradan qaldırılması üçün onların aşkarlanması da tövsiyələrdən biri idi. Mühüm tövsiyələrdən biri də o idi ki, yerli büdcənin tərtib olunması zamanı gender bərabərliyi məsələlərinin inteqrasiyası və qadın hüquqları baxımından vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş proqramların həyata keçirilməsinə xüsusi diqqət yetirilsin və kəndlərin inkişafı proqramı çərçivəsində prioritet məsələlərin planlaşdırılması, həyata keçirilməsi və dəyərləndirilməsinin bütün mərhələlərində qadınlar da iştirak etsin”.

Dünənki görüşdə Marneuli bələdiyyə məclisində gender bərabərliyi şurasının yaradılıb-yaradılmaması haqqında da söhbət açılıb. Marneuli bələdiyyə sədrinin gender məsələləri üzrə köməkçisi İa İsabuanın dediyinə görə, şuranın yaradılması üçün bələdiyyə məclisinin yeni tərkibini gözləyirlər. Mariam Qvidianinin dediyinə görə, gender bərabərliyi şurasının yaradılmasında məqsəd gender bərabərliyinin qorunması, diskriminasiyanın aşkarlanması və aradan qaldırılması məqsədi ilə təkliflərin hazırlanması və o cümlədən tövsiyələrin hazırlanması və institutional mexanizmlərin yaradılmasıdır.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register