2006-cı il 1 aprelədək verilmiş sürücülük vəsiqəsinin etibarlılıq müddəti başa çatır

prava

2014-cü ildə qəbul edilmiş qərara əsasən həmin ilin mart ayının 1-dən etibarən sürücülük vəsiqələri müəyyən müddətə verilməyə başladı.

Sürücülük vəsiqələri üçün müddətin müəyyən olunmasından başqa, 2014-cü il mart ayının 1-nə qədər Gürcüstanda verilmiş sürücülük vəsiqələri üçün də etibarlılıq müddəti müəyyən olundu. Bu qaydaya əsasən, 1 aprel 2006-cı ildən 1mart 2014-cü ilədək verilmiş A, B, BE, T, S, A1 və B1 kateqoriyalı sürücülük vəsiqələri verilmə tarixindən asılı olmayaraq 2028-ci il 1 sentyabradək hüquqi qüvvəsini saxlayacaq.Həmin müddətdə verilmiş C, CE, D, DE, C1, C1E, D1 və D1E kateqoriyalı vəsiqələr isə 2018-ci il 1 sentyabradək qüvvədə olacaq. 2006-cı il 1 aprel tarixinədək verilmiş bütün kateqoriyalara aid sürücülük vəsiqələri isə 1 yanvar 2018-ci il tarixindən etibarən qüvvədən düşəcək.

Biz Marneuli radiosu olaraq yerli sakinlərin bu barədə məlumatlarının olub-olmaması barədə sorğu keçirdik.

Xidmət Mərkəzi mərkəzi bürosunun rəhbəri İmeda Makasaraşvilinin bizimlə söhbətində dediyinə görə, köhnə sürücülük vəsiqələrinin dəyişdirilməsi üçün xidmət mərkəzinə getmək lazımdır.

“Sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün heç bir prosedur keçmək, o cümlədən imtahan lazım deyil”.

Makasaraşvilinin dediyinə görə, etibarlılıq müddəti başa çatdıqdan sonra sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün sadəcə sağlamlıq haqqında arayış – forma 100, sürücülük vəsiqəsi, şəxsiyyəti təsdiq edən sənəd sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün nəzərdə tutulmuş 15 lari dəyərindəki ödənişin həyata keçirilməsi haqqında qəbz təqdim etmək kifayətdir.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register