Seçkiöncəsi Gürcü Arzusu dörd Marneuli sakinindən ianə alıb

Seçkilərin təyin olunduğu gündən (22 avqust) 21 oktyabr da daxil olmaqla siyasi partiyalar tərəfindən ümumlikdə 16861140 lari sərf olunub. Audit xidmətinin göstəricilərinə əsasən, xərclərin çoxusu əsasən 11 milyon laridən çoxu Gürcü Arzusuna düşür. Avropalı Gürcüstan partiyası -929 584 lari, Vahid Milli Hərəkat Partiyası isə – 735090 lari xərcləyib. Siyasi partiyaların hesabına 22 avqustdan 21 oktyabra qədər olan dövr ərzində ümumiıikdə, 18 167 797 lari həcmində ianə köçürülüb:
Gürcü Arzusu – 9 855 337 lari
Avropalı Gürcüstan – 1 463 358 lari
Milli hərəkat – 1 283 754 lari
Marneuli bələdiyyəsində qeydiyyatda olan vətəndaşlar da partiyalara ianə köçürüblər.
Gürcü Arzusu – Demokratik Gürcüstan partiyasına Marneulidə qeydiyyatda olan şəxslərdən ən çox 2 900 lari həcmində partiyanın Tsereteli kəndindən olan üzvü İrakli Boçorişvili köçürüb.
Partiyaya Rövşən Hacıyev 68 lari 40 tetri, Dəmyə Görarxından Şükür Abbasov 67 lari 50 tetri, Qaçağan kəndində qeydiyyatda olan Aqil Əmircanov isə 45 lari bağışlayıb.
Ümumilikdə partiyaya Marneuli bələdiyyəsindən 3080 lari 90 tetri köçürülüb. Gürcü Arzusunun Marneulidəki liderləri və deputatlarının adlarına isə siyahıda rast gəlinmir.
Avropalı Gürcüstan partiyasına marneulidə qeydiyyatda olan vətəndaşlardan:
Elnur Məmmədov – 1 000 lari
Adil Qurbanov – 3 000 lari
Sahil Ağayev – 2 000 lari
Vəkil Məmmədov – 3 000 lari
Ceyhun Qarayev – 3 000 lari
Xazeyin Tağıyev – 2 000 lari
Anar Kələyev – 3 000 lari
Mahmud Əhmədov – 3 000 lari köçürüb.
Avropalı Gürcüstan partiyasının Marneuli vəzifəsinə namizədi və Marneuli Bələdiyyə məclisinin deputatı Əhməd İmamquliyev seçkiöncəsi dövrdə partiyaya 3 000 lari və 5 000 lari olmaqla iki dəfə ianə köçürüb.
Ümumilikdə Avropalı Gürcüstan partiyasına Marneuli bələdiyyəsindən 28 000 lari ianə köçürülüb.
Audit Xidmətindən verilən məlumata görə, Vahid Milli Hərəkat partiyasına seçkiöncəsi dövrdə Marneulidə qeydiyyatda olan vətəndaşlardan Sədrəddin Talıbov 100 lari b ağışlayıb.
Milli Hərəkat Partiyasından Parlamentə 4 dəfə deputat seçilmiş Azər Süleymanovun adına siyahıda rast gəlinməsə də, Şəffaflıq – Gürcüstan saytının məlumatına görə, o, 2014-cü ildən etibarən partiyaya hər ay 100 lari bağışlayıb. Sonuncu dəfə o, partiyanın hesabına may ayında 100 lari köçürüb. Bu illər ərzində Azər Süleymanov partiyaya ümumilikdə 8 100 lari b ağışlayıb.
Milli Hərərkat partiyasının Mer vəzifəsinə namizədi və Bələdiyyə Məclisinin deputatı Rəhim Əsgərovun adına da siyahıda rast gəlinmir.
Xatırladırıq ki, bu məlumatlar Dövlət Audit Xidmətinin saytından götürülüb.
Məlumatda əsas diqqət 2017- ci il yerli özünüidarə seçkiləri nəticəsində Bələdiyyə Məclisində təmsil olunacaq partiyalara yönəldilib.
“Marneuli” Radiosu
marneulifm1106 Posts
0 Comments