Marneuli küçələrində bir ilin seçki plakatları

plakatebu

Bu gün, 8 noyabr tarixində Marneulinin aktiv vətəndaşları həmfikirləri ilə birgə şəhərdə seçki plakatlarını təmizləməyə başlayıblar. Samirə Bayramova dörd nəfər həmfikiri ilə simvolik olaraq icra hakimiyyəti qarşısında toplaşıb və plakatları dirəklərdən təmizlədilər. Samirənin dediyinə görə, onlar MSK-ya təkliflə müraciət etmək istəyirlər ki, yalnız bir neçə mərkəzi yerdə seçkiqabağı banerlərin vurulmasına icazə verilsin.

Qanuna əsasən, partiyalar seçkilərin rəsmi nəticəsinin elan olunmasından 15 gün ərzində öz plakatlarını küçələrdən təmizləməlidirlər. Bizim müxbirimiz Nana Sisvadze Marneuli küçələrinə çıxdı və bir daha bir il bundan əvvəl keçirilmiş Parlament seçkilərinin plakatlarını gördü. Turan İsmayılov Marneuli nəzarət xidmətinin baş mütəxəssisidir və qeyd edir ki, 2016-cı ildən plakatlar üçün “Gürcü Arzusu” cərimələnməyib, ancaq “Milli Hərəkata” sanksiyalar təyin olunub.

Marneuli fəalları şəhəri seçki plakatlarından bir neçə günə təmizləyəcəklər.

“Marneuli” Radiosu

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register